Ərdoğan: “Liderlər səviyyəsində görüş Ukraynada sülh prosesinə töhfə verəcək” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumat verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib ki, liderlər səviyyəsində görüş sülh prosesini irəlilətmək üçün vacib addımdır.
KONKRET.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyası Ərdoğan ilə Zelenski arasında keçirilmiş telefon danışığına dair açıqlama yayıb. Açıqlamada qeyd olunur ki, Ərdoğan ikinci raund sülh danışıqlarının İstanbulda keçirilməsinin mümkün atəşkəsin müzakirəsi baxımından mühüm olduğunu vurğulayıb. Onun sözlərinə görə, hər iki tərəfdən güclü nümayəndə heyətlərinin iştirak etməsi sülh yolunda irəliləyiş üçün həlledici əhəmiyyət kəsb edir.
Ərdoğanın “güclü nümayəndə heyətləri” ifadəsi, ehtimal ki, əvvəlki İstanbul danışıqlarında Rusiya tərəfinin aşağı səviyyəli məmurlarla təmsil olunmasına eyham idi. Həmin vaxt Zelenski rus nümayəndə heyətini “butaforik səviyyəli” adlandırmışdı.
Türkiyə lideri həmçinin qeyd edib ki, nümayəndə heyətləri arasında danışıqlar başa çatdıqdan sonra liderlər səviyyəsində görüşün keçirilməsi sülh prosesini daha da sürətləndirəcək və bu addım gecikdirilmədən atılmalıdır.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 31 May 2025 11:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















