Ərdoğan Livandakı atəşkəsi alqışladı
Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
“Türkiyə İsrail və Livan arasında qüvvəyə minən atəşkəs razılaşmasını alqışlayır”.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hakim Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında Yaxın Şərqdəki vəziyyəti şərh edərkən deyib.
Onun sözlərinə görə, İsrail ilə Livan arasında noyabrın 27-də səhər qüvvəyə minən barışıq anlaşması Ankara üçün məmnunluq mənbəyidir.
Ərdoğan bütün tərəfləri ərazidə sakitliyi təmin etmək üçün razılaşmalara açıq-aşkar sadiq olmağa çağırıb.
Türkiyə lideri ölkəsinin Qəzza zolağında uzunmüddətli atəşkəsin təmin edilməsinə mümkün töhfə verməyə hazır olduğunu vurğulayıb.
Baxış sayı:186
Bu xəbər 28 Noyabr 2024 04:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















