Ərdoğan: Maduro və Venesuela xalqı Türkiyə ilə dostluqlarını dəfələrlə təsdiqləyiblər
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.
Teleqraf xəbər verir ki, bu barədə Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.
Ərdoğan Trampa Venesuelada qeyri-sabitliyin qəbuledilməz olduğunu söyləyib.
Türkiyə prezidenti bildirib ki, Ankara Venesuela xalqına dəstək verməyə davam edir. “Türkiyə və xalqı dost Venesuela xalqının yanında olmağa, onların inkişaf etdirilməsi və rifah halının yaxşılaşdırılması səylərini dəstəkləməyə davam edəcək. Maduro və Venesuela xalqı Türkiyə ilə dostluqlarını dəfələrlə təsdiqləyiblər. Türkiyə və Venesuela illər ərzində, ən çətin dönəmlərdə belə həmrəyliyə üstünlük veriblər".
Venesuela liderinin ABŞ tərəfindən saxlanılmasına münasibət bildirən Ərdoğan deyib ki, dövlətlərin suveren hüquqlarının və beynəlxalq hüququn pozulması qlobal səviyyədə ciddi fəsadlara səbəb ola biləcək riskli addımdır:
"Gücün və qüdrətin qanunun aliliyindən üstün olduğu bir dünyada qeyri-sabitlik, böhranlar və münaqişələr qaçılmazdır. Türkiyə beynəlxalq hüququ pozan heç bir hərəkəti qəbul etmir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 05 Yanvar 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















