Ərdoğan məqalə yazdı: Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər...
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 19 avqust – Dünya Humanitar Yardım Günü münasibətilə İspaniyanın nüfuzlu "El Pais" qəzeti üçün məqalə yazıb.
Modern.az xəbər verir ki, “Sərhədləri Aşan Mərhəmət: Sivilizasiyalar İttifaqı və Humanitar Diplomatiya” adlı məqalədə o, humanitar yardımın siyasətdən kənar, vicdan məsələsi olduğunu vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə ilə İspaniya ortaq dəyərlərə sahib iki ölkə olaraq Avropa-Aralıq dənizi regionunun sabitliyi üçün mühüm əməkdaşlıq edir.
Prezident vurğulayıb ki, Türkiyə tarixi ənənələrindən qaynaqlanan yardım missiyasını Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər geniş coğrafiyada davam etdirir. O, İspaniyanın da bu humanitar fəaliyyətlərdə önəmli tərəfdaş olduğunu, xüsusilə 6 fevral zəlzələsindən sonra həkim və xilasedicilərin göstərdiyi dəstəyi minnətdarlıqla xatırladığını bildirib.
Ərdoğan əlavə edib ki, Türkiyə BMT-nin Dünya Humanitar Zirvəsinə ev sahibliyi etməsi, AFAD, TİKA və Qızıl Aypara Cəmiyyətinin fəaliyyəti, eləcə də COVID-19 dövründə 160-dan çox ölkəyə yardım göstərməsi ilə beynəlxalq aləmdə seçilir. Qəzzaya 101 min tondan artıq yardım çatdırıldığını vurğulayan dövlət başçısı, “birinin yaşadığı ağrı hamının vicdanında əks-səda doğurur” prinsipi ilə hər bölgədə fəaliyyətlərini davam etdirəcəklərini bəyan edib.
Məqalənin sonunda isə Ərdoğan Türkiyə və İspaniyanın ortaq məqsədlər əsasında daha ədalətli bir dünya qurmaq üçün birgə çalışacağına inam ifadə edib.
Baxış sayı:97
Bu xəbər 19 Avqust 2025 20:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















