Ərdoğan: Müxalifətimizə fikir verməyin, 222 il də gözləyə bilərlər”
Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən partiya qurultayında iştirak edib.
Bizim.Media "Haber Global"a istinadən xəbər verir, dövlət başçısı tədbirdə çıxış edərək partiyanın gələcək planlarını açıqlayıb.
O bildirib ki, 2028-ci ildə keçiriləcək növbəti bələdiyyə seçkisində Ədalət və İnkişaf Partiyası səslərin 50 faizini qazanmağı hədəfləyir.
"Yenə 50 faiz səs hədəfinə çatmaq istəyirik. Bu hədəfə çatmaq üçün sizdən böyük işlər gözləyirik. Ən böyük iş komanda şəklində çalışmaqdır. Müxalifətimizə fikir verməyin. 22 ildən artıqdır ki, bu zehniyyətlə davam edirlər. Əgər bu cür edərlərsə, 222 il də gözləyə bilərlər", - deyə o bildirib.
Bizim.Media
Baxış sayı:59
Mənbə:https://bizim.media
22 ildən
50 faizini
akp sədri
başçısı tədbirdə
böyük iş
böyük işlər
bələdiyyə seçkisində