Ərdoğan onları “bandit” adlandırdı KONKRET
Konkret.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə parlamentində müxalifət deputatlarının tribunaya çıxaraq etiraz etməsi ölkə rəhbərliyi tərəfindən sərt tənqid olunub. Parlament üzvləri bu yolla yeni ədliyyə naziri Akın Gürlekin andiçmə mərasiminə mane olmağa çalışıblar.
KONKRET.az xəbər verir ki, Türkiyə Prezidenti bu barədə Ankarada hakim Ədalət və İnkişaf Partiyasınin regional şöbələrinin rəhbərləri ilə görüş zamanı danışıb. Ərdoğan bildirib ki, müxalifət nümayəndələri nazirlərin and içməsinə mane olmaq üçün müxtəlif “bandit üsullarına” əl atıblar və hətta xalq tribunasını zəbt ediblər.
“Nazirlərimizin and içməsinə mane olmaq üçün onlar (müxalifət) hər cür bandit üsullarını nümayiş etdirdilər, o cümlədən xalq tribunasını ələ keçirdilər. Mən siyasi institutlara inamı sarsıdan, parlamentin nüfuzuna zərər vuran və xalqımızı təhqir edən bu hücumları qınayıram və rədd edirəm”, — deyə Türkiyə lideri vurğulayıb.
Qeyd edək ki, Ərdoğan bir gün əvvəl Daxili İşlər və Ədliyyə nazirliklərinə yeni rəhbərlərin təyin olunması ilə bağlı sərəncam imzalayıb. Vəzifəyə başlamazdan öncə nazirlər parlamentdə and içməlidirlər.
Natiq Səlim,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 12 Fevral 2026 20:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















