Icma.az
close
up
RU
Ərdoğan onun Ermənistana getməsinə niyə icazə verib? İlginc detal

Ərdoğan onun Ermənistana getməsinə niyə icazə verib? İlginc detal

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və quru sərhədlərin açılması ilə bağlı işçi heyətləri arasında görüş keçiriləcək. 

Globalinfo.az xəbər verir ki, görüşün Ermənistan ərazisində baş tutacağı, Türkiyə nümayəndə heyətinin İrəvanla normallaşma prosesi üzrə nümayəndəsi Serdar Kılıçın rəhbərliyi ilə Əlican sərhəd məntəqəsindən keçərək bu ölkəyə gələcəyi bildirilir.

Kılıçın Ermənistana səfəri ictimaiyyətdə xüsusilə müzakirə olunur. Türkiyə rəhbərliyinin ona bu səfərlə bağlı hansı göstərişləri verdiyi maraq doğurur. Ankara nümayəndəsini isə bu ölkə ilə münaisbətlərin normallaşması prosesi üzrə işçi qrupuna rəhbərlik edən Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan qarşılayacaq.

Rusiyalı analitik və türkoloq Viktor Nadein-Raevski isə gözlənilən görüşdə heç bir ciddi irəliləyiş olmayacağını bildirib:

“Bu müzakirə sadəcə Ankaranın İrəvana diplomatik jestidir. Ermənistanın Vaşinqtonda Azərbaycanın bir sıra tələblərinə razı olmasına münasibətdə bu ölkə ilə əlaqələrin düzələcəyi görüntüsü formalaşdırılır. Görüşdə yeni heç bir qərar qəbul edilməyəcək. Sadəcə bundan öncə nümayəndələr arasında diplomatik pasportu olan üçüncü ölkə nümayəndələrinin keçidi üçün sərhəd məntəqəsinin açılması barədə əldə olunan razılaşmanın icrasına söz verilə bilər. Çünki bu razılıq daha əvvəl əldə olunsa da, hələ də icra edilməyib. Lakin iki ölkə arasında quru sərhədlərinin tam açılması Ermənistan Konstitusiyasının dəyişdirilməsi və Azərbaycanla yekun sülh sazişinin imzalanmasından sonra mümkün ola bilər. Türkiyənin əsas şərtləri belədir və sərhədləri daha erkən açmayacaq.

Prezident Rəcəb tayyib Ərdoğan Çinə səfəri zamanı Rusiya və İran liderləri ilə bir araya gəldi. Görünür, o da Ankaranın Cənubi Qafqazda artan nüfuzu fonunda Moskva və Tehranın narahatlığının fərqindədir. Amma Türkiyə Rusiya və İranın regiondakı rolunu görməzdən gəlməyəcək”.

Qeyd edək ki, Serdar Kılıç və Ruben Rubinyan daha əvvəl 2024-cü il iyulun 30-da iki ölkənin sərhədində görüş keçiriblər.


Rubinyan və Kılıç sərhəddə  30.07.2024

Ayşən Mustafa
Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:27
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see379

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see255

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see209

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see183

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see181

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see162

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see154

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see148

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see140

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see133

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see128

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see126

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see121

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri