Ərdoğan Pakistanda səfərdədir: Şərif aeroportda qarşıladı
Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Pakistana səfər edib.
Axar.az xəbər verir ki, Türkiyə liderini İslamabad aeroportunda Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və digər rəsmi şəxslər qarşılayıblar.
Türkiyə Prezidentini nazirlər, yüksəkvəzifəli dövlət rəsmiləri və korporativ rəhbərlərdən ibarət yüksəksəviyyəli nümayəndə heyəti müşayiət edib. Səfər zamanı dövlət rəhbərləri Pakistan-Türkiyə Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci sessiyasına həmsədrlik edəcəklər.
Sessiyanın sonunda Birgə Bəyannamənin və bir sıra mühüm sazişlərin, memorandumların imzalanması gözlənilir.
Hər iki lider, həmçinin mətbuata birgə bəyanatla çıxış edəcəklər.
Bu mövzuda digər xəbərlər:Ərdoğan Pakistanda səfərdədir: Şərif aeroportda qarşıladı
13 Fevral 2025 10:55
Pakistanda bütün siyasi partiyalar bu məsələdə yekdildirlər Şərif
24 Fevral 2025 21:32
Ərdoğan Misirdə səfərdədir: Fidan qarşıladı
19 Dekabr 2024 13:07
Ərdoğan İslam dünyasının lideridir Şahbaz Şərif
13 Fevral 2025 23:29
Ərdoğan Pakistanda rəsmi mərasimlə qarşılanıb
13 Fevral 2025 12:12
Baxış sayı:36
Bu xəbər 09 Noyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















