Ərdoğan Paşinyanla görüşdə bu mesajı verdi
Icma.az, Metbuat saytına istinadən bildirir.
Türkiyə Cənubi Qafqazda sabitliyin təmin olunması üçün diplomatiyanın bütün imkanlarından istifadə edir.
Metbuat.az “Anadolu” xəbər agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə deyib.
O bildirib ki, rəsmi Ankara təkcə bölgədə yox, bütün dünyada sabitliyin təmin olunması üçün çalışır. Türkiyə lideri, həmçinin hazırkı şəraitdə Azərbaycanla Ermənistan arasında sülh danışıqları ilə bağlı əldə olunan razılığın əhəmiyyətinə diqqət çəkib.
Onlar ikitərəfli əlaqələrin normallaşması üçün atıla biləcək növbəti addımlar barədə də danışıblar. Ərdoğanla Paşinyan eyni zamanda İsrail- İran hərbi gərginliyi barədə fikir mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 20 İyun 2025 22:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















