Ərdoğan peyğəmbərlərlə bağlı qalmaqallı karikaturaya görə sərt danışdı
Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Türkiyənin "Leman" jurnalında peyğəmbərlərlə bağlı karikaturanın nəşri yumor adı altında mənfur təxribat və təhrikçilikdir".
Oxu.Az "TRT Haber" telekanalına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Peyğəmbərimizi və digər peyğəmbərləri təhqir edənlər qanun qarşısında cavab verəcəklər. Bunu təqib edəcəyik", - deyə o bildirib.
Xatırladaq ki, İstanbul Prokurorluğu "Leman" jurnalında Məhəmməd peyğəmbər və Musa peyğəmbəri bombalanan şəhərlər üzərində təsvir edən karikaturaya görə təhqiqat başladıb.
Baxış sayı:41
Bu xəbər 01 İyul 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















