Icma.az
close
up
RU
Ərdoğan Putinə səsləndi: Əliyevin mesajı və mövqeyi

Ərdoğan Putinə səsləndi: Əliyevin mesajı və mövqeyi

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ərdoğanın Azərbaycan-Rusiya gərginliyi ilə bağlı dedikləri Putinə ünvanlanıb.

- Türkiyə baş verənləri yaxından izləyir və gərginliyin böyüməsində maraqlı deyil;

- Əliyev də qarşıdurmanı genişləndirməyin tərəfdarı deyil.

Bakı-Moskva xəttində təmas kanallarının çətinləşdiyi vaxtda Əliyevin mövqeyini Ərdoğanın təqdim etməsi təsadüfi deyil. Çünki baş verənlərə liderlərin açıq münasibət bildirməsi gərginliyi artıra bilər, eyni zamanda, bu, Moskvaya Ankaranın Bakının yanında olduğu və hadisələrin mümkün inkişafında prosesə müdaxilə edə biləcəyinin mesajı kimi dəyərləndirilməlidir. Hərçənd, nə Bakı, nə Ankara gərginlikdə maraqlıdır. Bu halda bir sual önə çıxır:

- Moskva Azərbaycan-Rusiya gərginliyinin səbəblərini aradan qaldıracaqmı?

Söhbət AZAL-ın vurulan təyyarəsindən başlamış Yekaterinburq hücumuna qədərki proseslərdən gedir.

Bakının bu məsələlərdə Moskvadan gözlədikləri – hadisələrin hüquqi müstəvidə ədalətli araşdırılması və buna uyğun addımların atılması – qüvvədən düşməyib. Ərdoğanın “lokal hadisələri və onların nəticələrini öz kontekstindən çıxarmadan həll etmək mümkündür” sözləri də əslində Bakının istəklərini ifadə etməsidir.

Rusiyanın bu hadisələrlə bağlı ədalətli mövqe sərgiləyəcəyi ehtimalı əvvəldən az olub, Yekaterinburq hücumu və soydaşlarımıza qarşı etdiklərindən sonra bu, sıfırın altına düşdü. Bu kontekstdə hadisələrin iki mümkün istiqamətdə inkişafı ola bilər:

1. Ankara Bakı-Moskva xəttində pərdəarxası vasitəçilik edir və “lokal hadisələr” Putin-Əliyev-Ərdoğan müstəvisində tərəfləri qane edəcək formada həll edilir;

2. Bakı-Moskva xəttində təmaslar bərpa olunur, lakin bu məsələlərin həlli ilə bağlı müzakirələr davam etdirilir.

Qarşıdurma heç bir tərəfə sərf etmir, lakin problemin həlli ilə bağlı hər iki variantın mümkünlüyündə çətinliklər var, çünki “lokal hadisələr”in arxasında Cənubi Qafqazdakı mövqelər uğrunda mübarizə dayanır. Ərdoğanın dedikləri gərginlik atmosferinin yumşaldılması ilə yanaşı, Türkiyənin bu mübarizədə Azərbaycanın yanında olduğu mesajını çatdırmaq məqsədi daşıyır.

Asif Nərimanlı


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 05 İyul 2025 20:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see310

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see273

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see264

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see263

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see256

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see249

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see245

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see232

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see220

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see219

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see215

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see213

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see203

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see190

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see187

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see186

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see174

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see172

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see170

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri