Ərdoğan Putinlə danışdı: Türkiyə Suriyada sabitliyi təmin etməyi hədəfləyir
Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putinlə telefon danışığı aparıb.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Türkiyə və Rusiya liderləri ikitərəfli əlaqələri, Suriya və Ukraynanı müzakirə edib.
Qeyd olunub ki, Prezident Ərdoğan danışıq zamanı Suriya təhlükəsizlik qüvvələrinin Suveydadan çıxarılmasından sonra baş verən toqquşmaların bütün bölgə üçün təhlükə yaratdığını və İsrailin Suriyanın suverenliyini pozmamasının çox vacib olduğunu bildirib.
Bundan əlavə, o, Türkiyənin Suriyada sabitliyi və təhlükəsizliyi təmin etməyi və ölkənin mümkün qədər tez zamanda ayağa qalxmasında kömək etməyi hədəflədiyini də vurğulayıb.
Baxış sayı:68
Bu xəbər 18 İyul 2025 21:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















