Icma.az
close
up
RU
Ərdoğan Qəbələdə keçirilən TDT Sammiti ilə bağlı paylaşım edib

Ərdoğan Qəbələdə keçirilən TDT Sammiti ilə bağlı paylaşım edib

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat verir.

Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğan Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Zirvə görüşü barədə özünün “X” hesabında paylaşım edib.

APA xəbər verir ki, Ərdoğan sammitlə bağlı düşüncələrini bölüşüb.

“Türk Dövlətləri Təşkilatının 12-ci Zirvəsini Azərbaycanın qədim tarixinə şahidlik edən gözəl şəhəri Qəbələdə keçirdik. İmzalanmış Qəbələ Bəyannaməsinin Türk dünyası başda olmaqla bütün dost və qardaş ölkələr üçün xeyirli olmasını arzulayıram. Təşkilatın arxada qalan 16 il kimi qısa bir müddətdə “dildə, fikirdə, işdə birlik” şüarı ilə əldə etdiyi uğurlara yenilərini əlavə edirik. Belə bir dövrdə zirvəmizin mövzusunun “Regional Sülh və Təhlükəsizlik” kimi müəyyənləşdirilməsini son dərəcə yerində və mənalı hesab edirik. Digər əlaqədar beynəlxalq təşkilatlar və ittifaqlarla qarşılıqlı əlaqə içində səsini və gücünü ortaya qoya bilən bir vizyonu həyata keçirməliyik. Bu baxımdan, bu gün razılaşdırdığımız “TDT Plus” formatının üçüncü tərəflərlə əməkdaşlığımıza yeni bir nəfəs gətirəcəyinə ürəkdən inanıram. Terrorizmdən qeyri-qanuni miqrasiyaya, kibertəhdidlərdən iqlim dəyişikliyinə qədər məsələlərdə ortaq mövqe ilə cavab verə biləcəyimizi, öz səma qübbəmiz altında öz təhlükəsizliyimizi gücləndirə biləcəyimizi düşünürəm. İyul ayında keçirilən Türk Dövlətləri Təşkilatı Müdafiə Sənayesi Qurumlarının Birinci Toplantısını bu mənada mühüm bir addım kimi dəyərləndirirəm. Nəqliyyat, enerji təhlükəsizliyi və ticarət inteqrasiyası sahələrindəki təşəbbüslərimizi də bu yanaşmanı tamamlayan hissələr kimi görürük. Aramızdakı enerji və rabitə əlaqələrini daha səmərəli hala gətirəcək layihə və investisiyalara diqqət yetirməyimiz hamımızın mənafeyinə uyğundur. Xəzər üzərindən keçən Orta Dəhlizi daha da səmərəli etməliyik. Cənubi Qafqazdakı hadisələri sadəcə izləməkdə qalmır, bölgədə sülh və sabitliyin bərqərar olması üçün atılan addımları səmimiyyətlə dəstəkləyirik. Azərbaycan və Ermənistan arasında 8 avqustda imzalanmış birgə bəyanatı bu istiqamətdə xeyirli bir addım kimi görür, davamının gəlməsini arzulayırıq. Özbəkistan, Qırğızıstan və Tacikistan arasında sərhədlərin birləşmə nöqtəsinin müəyyənləşdirilməsinə dair mart ayında imzalanan sazişi də məmnunluqla qarşılayırıq. Zirvəmizin xeyirli olmasını diləyir, Azərbaycana və dəyərli qardaşım cənab Əliyevə yüksək səviyyəli qonaqpərvərliklərinə görə təşəkkür edirəm” , - Türkiyə lideri paylaşımında qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 07 Oktyabr 2025 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see529

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see396

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see295

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see290

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see289

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see284

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see276

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see259

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see257

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see253

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see246

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see234

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see227

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see220

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see220

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see200

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see191

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see184

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see181

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri