Icma.az
close
up
RU
Ərdoğan Suriya prezidenti ilıə bir arada: Hər mövzuda tam razılaşdığımıza məmnunam

Ərdoğan Suriya prezidenti ilıə bir arada: Hər mövzuda tam razılaşdığımıza məmnunam

Icma.az, Mia.az portalına istinadən məlumat yayır.

“Suriyada istər İŞİD, istərsə də PKK olsun, hər cür terrorla mübarizədə lazımi dəstəyi verməyə hazır olduğumuzu ifadə etdim”.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Prezident Külliyesində nümayəndə heyətləri arasında keçirilən ikitərəfli görüş və iş yeməyindən sonra Suriya Prezidenti Əhməd Şara ilə birgə mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, Suriya prezidenti Şaraanı Ankarada qəbul etməkdən böyük məmnuniyyət duyur: "Suriya xalqı 13,5 ildir ki, hər cür zülmə məruz qalıb. Onlar kimyəvi silahdan istifadə də daxil olmaqla, hər cür qeyri-insani qırğınlara məruz qalıblar. Təəssüf ki, 1 milyona yaxın suriyalı bacı-qardaşımız şəhid olub. Keçmiş rejim və terror təşkilatları olan milyonlarla qardaşımız öz yurd-yuvasını, doğulduğu yerləri tərk etmək məcburiyyətində qaldı. Nəhayət, dekabrın 8-də Suriya xalqı qələbəni təmin elədi. Buna görə, əziz qardaşım Əhməd Şəranı və onun vasitəsilə bütün Suriya xalqını mübarizəsinə və qələbəsinə görə təbrik etmək istəyirəm. Bu münasibətlə Suriyanın azadlıq mübarizəsində şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirəm.

Artıq Suriya xalqının indi öz gələcəyini müəyyən etmək üçün lazımi iradəsi var. Türkiyə olaraq suriyalı qardaş və bacılarımızı ən ümidsiz və çətin günlərində tək qoymadığımız kimi, yeni dövrdə də onlara lazımi dəstəyi verəcək. Mən bunu əziz qardaşıma və onun nümayəndə heyətinə çox açıq şəkildə ifadə etdim.

Münasibətlərimizi yenidən strateji səviyyəyə gətirmək üçün bütün qurum və təşkilatlarımız son iki ayda çox çalışırlar. Bildiyiniz kimi, yanvarın 15-də mən yeni hökumətin xarici işlər nazirini də qəbul etmişəm. İnanıram ki, qarşıdakı dövrdə qarşılıqlı səfərlərimiz, təmaslarımız daha da intensivləşəcək.

Demək olar ki, hər mövzuda tam razılaşdığımızı görməkdən məmnun oldum. Xüsusilə Suriyanın şimal-şərqini işğal edən separatçı terror təşkilatı və onun havadarlarına qarşı atılacaq addımları müzakirə etdik. Ona təmin etməyə hazır olduğumuzu bildirdim. İstər İŞİD istərsə də PKK-ya qarşı hər cür mübarizədə Suriyanın şimal-şərqindəki düşərgələrin nəzarəti çərçivəsində onların yanında olduğumuzu təsdiqlədik.

Qardaşım Əhməd Şaranın terrorla mübarizədə göstərdiyi güclü iradədən məmnun olduğumuzu bildirmək istərdim. Ölkələrimizin və regionumuzun rifahı naminə eyni məqsədə çatmaq üçün qüvvələrimizi birləşdirməkdən başqa seçimimiz yoxdur. İnanıram ki, həmrəylik içində hərəkət edərək, ortaq coğrafiyamızda terrordan uzaq sülh və inam mühitinin hökm sürməsini təmin edəcəyik....".

Firudin Səfərli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://mia.az
archiveBu xəbər 05 Fevral 2025 00:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri