Ərdoğan təcili nazirləri topladı: İrana hücum müzakirə olunur..
Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında ABŞ-ın İrana mümkün zərbəsi ilə bağlı vəziyyət müzakirə olunacaq.
KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin diplomatik mənbəsi məlumat verib.
Mənbənin sözlərinə görə, iclasda ABŞ-ın İrana zərbə endirmək təhdidləri, eləcə də regionda baş verən son hadisələr gündəmə gətiriləcək. Eyni zamanda, Türkiyənin hərbi müdaxiləyə qarşı çıxan, diplomatiya və dialoqu dəstəkləyən mövqeyi bir daha vurğulanacaq.
Bu çərçivədə nazirlər ötən həftəsonu İranın xarici işlər naziri Abbas Araqçının İstanbula səfərinin nəticələrini, onun Türkiyənin xarici işlər naziri Hakan Fidan və prezident Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşləri, həmçinin Ərdoğanın ABŞ və İran prezidentləri ilə apardığı telefon danışıqlarını nəzərdən keçirəcəklər.
Bundan əvvəl Axios portalı mənbələrə istinadən xəbər vermişdi ki, Türkiyə, Misir və Qətər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff ilə İranın yüksəkvəzifəli nümayəndələri arasında gələn həftə Ankarada görüşün təşkili üzərində işləyir.
Lakin Türkiyə paytaxtındakı mənbə RİA Novosti-yə bildirib ki, hazırda Uitkoffla İran nümayəndələri arasında Ankarada mümkün görüşün hazırlanması barədə konkret məlumat yoxdur.
Müşviq Tofiqoğlu
KONKRET.az
Baxış sayı:25
Bu xəbər 02 Fevral 2026 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















