Icma.az
close
up
RU
Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?

Ərdoğan təklif etdi, İran razılaşdı: Pezeşkianın siyahısında Bakı da var?

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

İran Prezidenti Məsud Pezeşkian ABŞ-la danışıqlara razılıq verdiyini açıqlayıb. O, bunu qonşu ölkələrin xahişinə əsasən etdiyini bildirib.

Məlum olduğu kimi, yanvarın 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub. Ekspertlər iddia edirlər ki, Bakı Tehran və Vaşinqton arasında pərdəarxası vasitəçilik həyata keçirib.

Globalinfo.az-a danışan politoloq Bəkir Həsənbəyli deyib ki, Pezeşkianın tapşırığı əsasən nüvə məsələsi üzrə danışıqlar prosesinin başlanması istiqamətindədir:

ABŞ-ın ortaya qoyduğu iradədən sonra İran tərəfi nüvə proqramı çərçivəsində müzakirələr aparmağa hazır olduğunu bildirmək məcburiyyətində qaldı. Düşünürəm ki, ABŞ ilə ilkin təmaslar yaxın günlərdə Türkiyədə baş tuta bilər. Yəqin ki, görüş ABŞ prezidentinin daha çox etibar etdiyi xüsusi nümayəndə Stiv Uitkoff və İranın xarici işlər naziri Abbas Əraqçi arasında keçiriləcək.

Bir neçə gün öncə İranın ali lideri Ayətullah Seyid Əli Xameneyi ABŞ-ın hücumunun regional müharibəyə səbəb ola biləcəyini bildirmişdi. ABŞ Prezidenti Donald Tramp bölgədə dünyanın ən böyük və ən güclü gəmilərinin yerləşdiyini vurğuladı. “Ümid edirəm ki, razılaşma əldə edəcəyik. Əgər razılaşma olmasa, onda onun haqlı olub-olmadığını görəcəyik’ – Tramp qeyd etdi.

Trampın bu açıqlaması ABŞ və İran arasında gözlənilən danışıqların rəsmi Tehrana son fürsət kimi təqdim edildiyini deməyə əsas verir. Yəni İrana qarşı hərbi əməliyyatların başlanması və ya bu qərardan imtina edilməsi Uitkoffla Əraqçi arasında keçirilməsi ehtimal olunan müzakirələrin nəticəsindən asılı olacaq.

Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Donald Trampla telefon danışığı zamanı amerikalı həmkarına Ankaranın vasitəçiliyi ilə ABŞ və İran arasında onlayn formatda danışıqların keçirilməsini təklif etmişdi. Hadisələrə bu kontekstdən yanaşdıqda, Pezeşkianın tapşırığı əslində Ərdoğanın təklifinin qəbul edildiyini göstərir. Lakin bu müzakirələrin hansı formatda keçiriləcəyi barədə hələlik dəqiq məlumat yoxdur.

İran prezidentinin müharibə təhlükəsinin mövcud olduğu bir şəraitdə ali liderin icazəsi olmadan ABŞ kimi düşmən dövlətlə danışıqlar aparmaq barədə göstəriş verməsi qeyri-mümkündür. Böyük ehtimalla Məsud Pezeşkian xarici işlər nazirini Ankaraya ali liderin razılığı əsasında göndərəcək. Bu isə İranın müharibənin başlanmasında maraqlı olmadığını göstərir”.

Politoloq bildirib ki, ilkin ehtimallara görə, İran tərəfi ABŞ-a müəyyən güzəştlər təklif edəcək:

“Rəsmi Tehran zənginləşdirilmiş uran ehtiyatının ölkədən çıxarılmasına və Rusiyaya köçürülməsinə razıdır. Abbas Əraqçi nüvə proqramı məsələsini müzakirə etməyə hazır olduqlarını və bunun qarşılığında İrana tətbiq olunan sanksiyaların ləğvini istədiklərini bildirib. Lakin İran ABŞ-ın ballistik raket istehsalının dayandırılması ilə bağlı şərtini hələlik qəbul etmir. Xameneyi İranın təbii sərvətləri və mineral ehtiyatlarının ABŞ şirkətlərinin istismarına verilməsi ilə bağlı saziş bağlanmasını da rədd edir.


Bakir Həsənbəyli

Bundan əlavə, Trampın zənginləşdirilmiş uran ehtiyatının Rusiyaya köçürülməsi təklifini qəbul etməsi də inandırıcı görünmür. İran hazırda danışıqlara getməklə daha çox vaxt qazanmağa və ABŞ-ın mümkün hücumunun qarşısını almağa çalışır. Uzaq perspektivdə isə Tehranın əsas məqsədi 2028-ci ildə Trampın prezidentlik müddətinin başa çatmasına qədər zaman qazanmaqdır.

Post-Tramp dövründə İranın yenidən nüvə proqramını bərpa etməyəcəyinə dair heç bir zəmanət yoxdur. Yenidən nüvə proqramına qayıdılması və ABŞ-ın İranın raket istehsalını davam etdirməsi şərti ilə razılaşmaya getməsi İsrail üçün ciddi təhlükə yaradır. Bu səbəbdən Türkiyənin vasitəçiliyi ilə aparılan danışıqların ciddi nəticə verəcəyi inandırıcı görünmür və belə bir vəziyyət müharibə riskini daha da artırır”.

B.Həsənbəyli qeyd edib ki, İsrail tərəfi ABŞ-ın İranla danışıqlara getməsinin və hərbi əməliyyatlardan imtinanın əleyhinədir:

“Şübhəsiz ki, İsraildə baş nazir Benyamin Netanyahu hökuməti Ankaradakı müzakirələri narahatlıqla izləyəcək. Uitkoffun Əraqçi ilə görüş öncəsi İsrail rəhbərliyi ilə bir araya gəlməsi ABŞ-ın İrana hücum variantını gündəmdən tam çıxarmadığı mesajını verir.

Azərbaycanın ABŞ–İran qarşıdurmasında vasitəçi ola biləcəyi ehtimalına gəldikdə isə, dövlət başçısı rəsmi Bakının gərginliyin aradan qaldırılmasına töhfə verməyə hazır olduğunu bəyan edib. Bu mövqe ölkəmizin beynəlxalq səviyyədə sülhün və təhlükəsizliyin təmin olunmasında ardıcıl və prinsipial siyasət yürütdüyünü göstərir. Azərbaycan bu məsələdə heç vaxt ayrı-seçkilik etməyib, bütün dövlətlərlə münasibətlərdə eyni səmimiyyət və humanizm nümayiş etdirib. Təklifin qəbul olunub-olunmaması isə birbaşa tərəflərin iradəsindən asılıdır”.

Turan Rzayev
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:48
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 03 Fevral 2026 17:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see658

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see273

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see253

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see248

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see219

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see218

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see208

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see185

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see178

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see177

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see164

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see158

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see151

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see151

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see151

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see150

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see145

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see144

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri