Ərdoğan: “Təyyarə qəzasında həlak olan 19 nəfərin cəsədi tapılıb, birinin axtarışı davam edir”
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təsdiqləyib ki, Gürcüstanda qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsinin “qara qutusu” tapılıb və onun araşdırılmasına başlanılıb.
Bizim.Media xəbər verir ki, Ərdoğan bu barədə Ankaradakı çıxışı zamanı bildirib.
“Hadisə barədə məlumat daxil olan kimi milli müdafiə naziri, eləcə də daxili işlər və xarici işlər nazirlərimiz müvafiq tərəflərlə əlaqə saxladılar. Axtarış-xilasetmə işlərinə dərhal başlanıldı.
Gürcüstan hakimiyyəti ilə əməkdaşlıq çərçivəsində dərhal pilotsuz uçuş aparatlarımız axtarışlara cəlb edildi. Həmin axşam təyyarənin qalıqlarının tapıldığı barədə məlumat aldıq.
Qalıqların tapıldığı ərazi mühasirəyə alınıb. Təyyarəmizin qara qutusu tapılıb və onun öyrənilməsinə başlanılıb,”
O, həmçinin qeyd edib ki, 19 nəfərin cəsədi tapılıb, sonuncu həlak olanın cəsədi isə hələ də axtarılır. (Mənbə: TASS)
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:24
Bu xəbər 12 Noyabr 2025 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















