Ərdoğan Tokayevə Türkiyənin ən yüksək medalını verdi
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Türkiyə Prezidenti Rəcəb Ərdoğan Qazaxıstan lideri Kasım-Jomart Tokayevə “Dövlət Nişanı” təqdim edib.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərasimdə çıxış edən Prezident Ərdoğan, Qazaxıstanın Tokayevin liderliyi ilə bölgədə güclü bir dövlətə çevrildiyini bildirib.
Ərdoğan Tokayevin öz ölkəsində böyük dəyişikliklərə imza atdığını, Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində çalışdığını xüsusi qeyd edib.
Qeyd edək ki, “Dövlət Nişanı” Türkiyə Prezidenti tərəfindən verilən ən yüksək dövlət mükafatıdır. Bu medal Türkiyə ilə öz dövlətləri arasında dostluq münasibətlərini inkişaf etdirən və xalqlar arasında yaxınlaşmanı təşviq edən ölkələrin dövlət başçılarına, prezidentlərinə verilir.
Azərbaycan Prezidenti İlham Əliyevə isə Türkiyənin ən yüksək medalı 2013-cü ildə təqdim olunub.

Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 29 İyul 2025 23:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















