Icma.az
close
up
RU
‎Ərdoğan Trampla Baydenin minaları nı partladır: Sensasion Türkiyə ABŞ anlaşması

‎Ərdoğan Trampla Baydenin minaları nı partladır: Sensasion Türkiyə ABŞ anlaşması

Icma.az, Olke.az saytına istinadən bildirir.

Əgər, rəsmi Ankara və Ağ Ev arasında bu razılaşma reallaşarsa, Türkiyənin qlobal məkanda manevr imkanları daha da artmış olacaq... Bəzi məlumatlara görə, Tramp adminstrasiyası Türkiyənin qlobal məkanda güclənməsində, Avropa Birliyi, Çin və Rusiya ilə rəqabətdə ABŞ-ın yanında yer almasında maraqlıdır...

Ölkə.Az "Yeni Müsavat"a istinadən xəbər verir ki, ‎‎Türkiyə-ABŞ münasibətləri son vaxtlar yeni mərhələyə keçmiş kimi görünür. Hər halda, hazırda bu iki dövlət arasında strateji müttəfiqlik fəaliyyəti Bayden administrasiyası dövründə olduğundan daha fərqli məzmun daşıyır. Belə ki, indi Bayden administrasiyasının Türkiyəyə qarşı qərəzli mövqeyi böyük ölçüdə arxa plana keçirilib. Və Tramp adminstrasiyası Türkiyə ilə ABŞ-ın həm qlobal, həm də regional istiqamətlərdə ortaq strateji tərəfdaşlığına xüsusi həssaslıqla yanaşır.

‎Onu da qeyd etmək lazımdır ki, prezident Donald Trampın hakimiyyətə gəlməsindən sonra ABŞ və Türkiyə arasında formalaşan yeni strateji əməkdaşlıq xətti eyni vaxtda bir çox geopolitik prosesləri əhatə edir. Belə ki, hazırda ABŞ və Türkiyə Yaxın Şərqdə, Qara dəniz hövzəsində, eləcə də, Suriyanın bərpa olunması, Ukrayna savaşının dayandırılması, hətta son vaxtlar Cənubi Qafqazın yeni inkişaf mərhələsinə keçmə proseslərində ortaq mövqedən çıxış edir. Və bu baxımdan, hər iki dövlətin ortaq maraqlara bağlı anlaşmalı manevrlər etməsi qətiyyən gözlənilməz deyil.

‎Ona görə də, Tramp adminstrasiyası dövründə başlayan yeni mərhələ, strateji maraqların sinxronizasiyası böyük önəm daşıyır. Vaxtilə ABŞ–Türkiyə münasibətlərində "S-400 böhranı" məhz prezident Donald Trampın ilk hakimiyyət dövründə alovlansa da, paradoksal şəkildə eyni dönəmdə həm də Ağ Ev və rəsmi Ankara ortaq geopolitik hədəflər ətrafında koordinasiyalı fəaliyyətə də başlamışdı.

‎Hər halda, sonradan Bayden administrasiyası dönəmində tərəfdaşlıq sistemi ciddi şəkildə pozulmuş olsa da, Donald Trampın ilk prezidentliyi dövründə “liderlər arasında şəxsi münasibətlərin diplomatik institutlardan daha təsirli olduğu” model işlək xarakter daşıyırdı. Və indi həmin model yenə də aktual olduğundan Ərdoğan–Tramp əlaqələri bir sıra regional məsələlərdə müttəfiqlik məntiqini ön plana çıxartmağa yetərli olmaqdadır.

‎Maralıdır ki, vaxtilə Ərdoğan-Tramp əlaqələri ikinci Qarabağ savaşına münasibətdə beynəlxalq məkanda reaksiyaların tənzimlənməsinə və Cənubi Qafqaz regionunda yeni qüvvələr balansının formalaşmasında xüsusi rol oynamışdı. Çünki 2020-ci ildə ikinci Qarabağ savaşı zamanı Türkiyənin Azərbaycana verdiyi siyasi dəstək və regionda artan nüfuzu, ABŞ-ın Cənubi Qafqazda Rusiyanın təsirinin zəifləməsinə müsbət yanaşması ilə üst-üstə düşürdü.

‎Yəni, Tramp administrasiyası bu prosesə birbaşa müdaxilə etməsə də, ABŞ tərəfindən Azərbaycan və Türkiyənin regional fəallığına səssiz razılıq verilmişdi. Post-müharibə dövründə isə Türkiyənin bölgədə qurduğu hərbi müşahidə məntəqələri və logistik perspektivlər (Zəngəzur dəhlizi daxil olmaqla) ABŞ və Qərbin Cənubi Qafqazda alternativ enerji və nəqliyyat marşrutlarını dəstəklənməsi niyyətlərinə uyğun gəlirdi. Və bu, Türkiyə ilə ABŞ arasında birbaşa və ya dolayı yolla koordinasiya olunmuş strateji maraqların real təzahürü sayıla bilər.

‎Digər önəmli istiqamətlərdən biri olan Suriyadakı hərbi-siyasi situasiya uzun illərdən bəri Türkiyə və ABŞ arasında həm əməkdaşlıq, həm də ziddiyyət mənbəyi olub. Xüsusilə də, PKK/YPG terror qruplaşması ilə bağlı məsələ tərəflər arasında böyük gərginliyin əsas səbəbləri sırasında yer alırdı. ABŞ Suriyanın şimal-şərqində YPG-ni İŞİD-ə qarşı müttəfiq kimi dəstəkləsə də, Ərdoğan–Tramp əlaqələri sayəsində bəzi hərbi əməliyyat koordinasiyaları da mümkün olmuşdu.

‎Məsələn, 2019-cu ildəki "Barış Pınarı" antiterror əməliyyatı öncəsində prezident Donald Trampın ABŞ qüvvələrini bölgədən çəkməsi Türkiyənin manevr imkanlarını artırmışdı. Bununla yanaşı, Prezident Donald Tramp ilk hakimiyyət dövründə Ağ Evin İran əleyhinə sərt siyasəti fonunda Türkiyənin Əsəd rejiminə qarşı mübarizəsi qeyri-rəsmi sinxronizasiyaya çevrilmişdi. Və hər iki ölkə Suriyada həm İranın, həm də Rusiyanın təsirinə qarşı fərqli metodlar ilə reaksiya verirdi.

‎Ancaq sonradan Ukrayna savaşı isə NATO daxilində paralel manevrlər məkanı açan əsas faktora çevrildi. Belə ki, Bayden administrasiyası dövründə Rusiya-Ukrayna müharibəsinin başlamasından sonra ABŞ və Türkiyə arasında açıq şəkildə koordinasiya olunmayan, lakin paralel məntiqlə hərəkət edən strateji mövqelər formalaşmağa başladı. Və bu baxımdan, üst-üstə düşən addımlarla yanaşı, həm də kəskin ziddiyyətlərlə müşayiət olunan manevrlər edilirdi.

‎Məsələ ondadır ki, rəsmi Ankaranın "Bayraktar TB2" PUA-larını Ukrayna ordusuna göndərməsi Türkiyənin öz silah sənayesini dünyada təbliğ etməsi ilə yanaşı, NATO-nun müdafiə strategiyasına da  dolayısı dəstək xarakteri daşıyırdı. Türkiyənin Montre Konvensiyasına əsasən boğazları Rusiya donanmasına bağlaması, NATO-nun Qara dənizdə balansını qorumasına münbit şərait yaradırdı.

‎Eyni zamanda, Türkiyənin vasitəçilik rolu (məsələn, taxıl sazişi) həm Rusiya, həm Ukrayna, həm də Qərb üçün alternativ siyasi-diplomatik təmas kanalına çevrilmişdi. Bu isə Ağ Ev tərəfindən dəstəklənən “proaktiv neytrallıq” strategiyasına uyğun gəlirdi. Və bütün bunlar ABŞ və Türkiyənin son illərdə həm ziddiyyətli, həm də funksional əməkdaşlıq əsasında yeni bir strateji münasibət formatı qurduğunu göstərir.

‎Son vaxtlar isə Türkiyə və ABŞ arasındakı münasibətlərin artıq daha fərqli yeni mərhələyə keçid etdiyi müşahidə olunur. Belə ki, indi bu iki dövlət arasında bir çox önəmli geopolitik və geostrateji məsələlərdə ciddi yaxınlaşma mövcuddur. Xüsusilə də, prezident Rəcəb Tayyib Ərdoğan və Ağ Ev sahibi Donald Tramp arasında maksimal anlaşma mühiti Türkiyə-ABŞ münasibətlərini də böyük sürətlə pozitiv istiqamətə yönəldir.

‎Məsələ ondadır ki, ABŞ və Türkiyə Suriyanın bərpa prosesinə böyük ölçüdə eyni mövqedən yanaşırlar. Rəsmi Ankaranı ciddi şəkildə narahat edən terrorçu PKK-nın Suriya qolu olan YPG/PYD hazırda hər iki dövlətin ortaq hədəfindədir. Hətta Türkiyə və ABŞ bu terror təşkilatına tərksilah olunmaq barədə ortaq ultimatum da veriblər. Və bu, onu göstərir ki, Ərdoğan-Tramp tandemi hazırda həm regional, həm də qlobal məkanda yeni situasiya yaradır.

‎Digər tərəfindən, uzun illərdən bəri ciddi böhran yaratmış S-400 problemi də artıq həll edilmək üzrədir. Bəzi məlumatlara görə, yeni, həm də sensasion sayıla biləcək Ərdoğan-Tramp anlaşması bu məsələnin həllini nəzərdə tutur. Ardınsa ABŞ Türkiyəyə F-35 və F-16 döyüş təyyarələrinin satışına qoyulan embarqonu ləğv etmək niyyətindədir.

‎Əgər, rəsmi Ankara və Ağ Ev arasında bu razılaşma reallaşarsa, Türkiyənin qlobal məkanda manevr imkanları daha da artmış olacaq. Bəzi məlumatlara görə, Tramp adminstrasiyası Türkiyənin qlobal məkanda güclənməsində, Avropa Birliyi, Çin və Rusiya ilə rəqabətdə ABŞ-ın yanında yer almasında maraqlıdır. Üstəlik, Ağ Ev son vaxtlar NATO-nun da Türkiyənin hərbi potensialına ehtiyac duyduğunu nəzərə alır. Və bütün bunlar Türkiyə-ABŞ yaxınlaşmasının qlobal məkanda yeni geostrateji şərtlərin yaranmasını təmin edəcəyi artıq qətiyyən şübhə doğurmur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://olke.az
archiveBu xəbər 31 İyul 2025 23:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri