Ərdoğan: “Türkiyə bundan sonra da həm kədərdə, həm də sevincdə Azərbaycanın yanında olacaq” VİDEO
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Azərbaycanı dəstəklənməsi istiqamətindəki kursu dəyişmədən davam etdirdiyini təsdiqləyib.
Bizim.Media xəbər verir ki, Ankarada Nazirlər Kabinetinin iclasından sonra keçirilən brifinqdə çıxış edən Türkiyə dövlət başçısı Azərbaycanın Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi Paradda iştirakın əhəmiyyətini vurğulayıb.
“Biz Qələbə Gününü Bakıda, Azadlıq meydanında qeyd edərkən azərbaycanlı qardaşlarımızın yanında olduq. Türkiyə prinsipimiz olan ‘Bir millət, iki dövlət’ə sadiq qalaraq həm kədərdə, həm də sevinclərinizdə Azərbaycanın yanında olmağa davam edəcək”, — deyə Ərdoğan bildirib.
Prezident əlavə edib ki, Ankara Cənubi Qafqazda sabitlik və inkişafın təmin olunmasına yönəlmiş öhdəliklərini yerinə yetirməyə davam edəcək. Onun sözlərinə görə, Türkiyə regionun təhlükəsizliyi və iqtisadi güclənməsinə təsir edən proseslərdə iştirakını davam etdirmək niyyətindədir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 17 Noyabr 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















