Ərdoğan: Türkiyə enerji sektorunda Əlcəzairlə uzunmüddətli əməkdaşlığa hazırdır
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ankara, 8 may, AZƏRTAC
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əlcəzairlə enerji təchizatı məsələlərində uzunmüddətli əməkdaşlığa hazır olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Ankarada Əlcəzair Prezidenti Əbdülməcid Tebbun ilə birgə mətbuat konfransında çıxış edən Türkiyə lideri Afrika ölkəsi ilə bir çox strateji istiqamətlərdə ikitərəfli əlaqələrin dərinləşdirilməsinə qətiyyətini vurğulayıb.
O, Əlcəzair ilə uzun illər davam edən enerji sektorunda, xüsusən də təbii qaz sahəsində etibarlı, sabit və davamlı əməkdaşlığı xatırladıb.
“Bərpaolunan enerji və müasir texnologiyalar sahəsində tərəfdaşlıq imkanları da nəzərdən keçirilməlidir”, - deyə Türkiyə Prezidenti bildirib və hazırda Əlcəzairdə 1600-dən çox türk şirkətinin fəaliyyət göstərdiyini, ölkəyə investisiyaların isə 8 milyard dollara çatdığını bildirib.
Qeyd edək ki, ötən il Əlcəzairdən gələn mayeləşdirilmiş təbii qaz Türkiyənin ümumi qaz idxalının 7 faizini təşkil edib.
Rusiya Türkiyənin aparıcı təbii qaz təchizatçıları siyahısında birinci yerdədir (43 faiz), ardınca ABŞ (20 faiz), Azərbaycan (12 faiz) və İran (11 faiz) yer alıb. Qalan mənbələr isə 7 faiz təşkil edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 08 May 2026 06:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















