Ərdoğan: Türkiyə PKK nın silahı yerə qoymasına nəzarət edəcək
Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
"Türkiyə qadağan olunmuş və terrorçu təşkilat kimi tanınan Kürd Fəhlə Partiyasının (PKK) özünü ləğv etməsi və silahı yerə qoyması ilə bağlı qəbul edilən qərarların icrasına ciddi nəzarət edəcək".
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
"Terrorçu təşkilat silahı yerə qoymalıdır, buraxılma qərarı tam şəkildə yerinə yetirilməlidir. Qəbul olunan qərarların icrasını diqqətlə izləyəcəyik", - deyə Türkiyə prezidenti vurğulayıb.
"Rəcəb Tayyib Ərdoğan sülh və rifahı yalnız özü üçün yox, ölkəsi və region üçün istəyir. Bunu yaxşı anlamaq lazımdır. Regionda iqtisadi yüksəliş sülh mühiti ilə müşayiət olunacaq. Xalqımın Türkiyənin şərq və cənub-şərqindəki həyatı köklü şəkildə dəyişəcək", - deyə prezident əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 17 May 2025 14:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















