Icma.az
close
up
RU
Ərdoğan: Türkiyə Qəzza ilə bağlı razılaşmanın icrasını diqqətlə izləyəcək

Ərdoğan: Türkiyə Qəzza ilə bağlı razılaşmanın icrasını diqqətlə izləyəcək

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 9 oktyabr, AZƏRTAC

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS ilə İsrail arasında Qəzza sektorunda atəşkəsə dair əldə olunmuş razılaşmanı alqışlayaraq, Ankaranın bu razılaşmanın həyata keçirilməsini diqqətlə izləyəcəyini bildirib.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya Departamenti tərəfindən dərc edilmiş bəyanatda deyilir. “HƏMAS hərəkatı və İsrail arasında Türkiyənin də iştirakı ilə keçirilən danışıqların Qəzzada atəşkəsin əldə olunması ilə nəticələnməsindən böyük məmnunluq duyuram. Atəşkəs razılaşması istiqamətində göstərdiyi siyasi iradəyə görə ABŞ Prezidenti Donald Trampa, eləcə də bu prosesi dəstəkləyən qardaş Qətər və Misirə təşəkkür edirəm. Türkiyə bu razılaşmanın icrasını yaxından izləyəcək”, - deyə bəyanatda vurğulanır.

Türkiyə Prezidenti, həmçinin Fələstin məsələsinin 1967-ci il sərhədləri əsasında müstəqil Fələstin dövlətinin yaradılması yolu ilə həllinə dəstəyini bir daha ifadə edib.

“Şərqi Qüds paytaxt olmaqla, ərazi bütövlüyü təmin edilmiş, suveren və müstəqil Fələstin dövləti yaradılanadək mübarizəmizi davam etdirəcəyik”, – deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, oktyabrın 9-da ABŞ Prezidenti Donald Tramp Misirdə aparılan danışıqlar nəticəsində tərəflərin sülh planının birinci mərhələsi üzrə razılığa gəldiyini elan edib. Bu mərhələdə bütün girovların yaxın zamanda azad olunması və İsrail ordusunun Qəzza daxilində razılaşdırılmış xəttə qədər geri çəkilməsi nəzərdə tutulur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail Beyrutda Hizbullah hədəfinə zərbə endirdi

23 Noyabr 2025 19:22see235

Mingəçevirdə 17 yaşlı yeniyetmə öldürüldü Saxlanılanın 14 yaşı var

22 Noyabr 2025 23:58see218

Sadıqovvari tənqid və.. nəticə?

23 Noyabr 2025 10:47see187

Anomal hava ilə bağlı XƏBƏRDARLIQ Bu şəxslər xüsusi risk altındadır

22 Noyabr 2025 13:21see147

“Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…” Foto

22 Noyabr 2025 10:49see138

Zirə autsayderə qarşı

22 Noyabr 2025 09:31see136

Suriyanın bu şəhəri qorxu içindədir: Qadını yandırıb...

23 Noyabr 2025 19:22see136

Gündə neçə banan yemək olar? Faydaları

23 Noyabr 2025 06:06see135

“Napoli” “Qarabağ”la oyun ərəfəsində qələbə qazanıb

23 Noyabr 2025 01:38see133

Azərbaycanın tütün istehsalçısı satışdan nə qədər qazanıb?

23 Noyabr 2025 16:32see132

Naxçıvanda yol qəzası olub, 4 nəfər xəsarət alıb

22 Noyabr 2025 19:20see128

İsraildən sərt mesaj: “Bir neçə cəbhədə əməliyyatları genişləndiririk”

23 Noyabr 2025 16:56see127

Almaniyada Ukrayna ilə bağlı Təhlükəsizlik Şurasının iclası keçirilib

23 Noyabr 2025 06:10see124

La Liqa: Barselona Kamp Nou ya qələbə ilə dönür

23 Noyabr 2025 02:12see124

Ən nadir 5 pişik cinsi

23 Noyabr 2025 03:03see124

Qırğızıstanın sabiq prezidentinin oğlu SAXLANILDI

22 Noyabr 2025 23:03see123

Ləzizbəy üç il “dincələcək”

23 Noyabr 2025 00:57see123

Sabah Şamaxı matçında qolsuz BƏRABƏRLİK

23 Noyabr 2025 17:28see122

Yemək zamanı video izləmək VƏRDİŞİ Hansı psixoloji problemlərin GÖSTƏRİCİSİDİR?

23 Noyabr 2025 20:01see121

Karbohidratlı pəhrizin xeyrini bilirsiniz?

23 Noyabr 2025 17:32see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri