Ərdoğan: Türkiyə Suriyadakı vəziyyətə hər zaman vicdanla yanaşıb
Icma.az, Cebheinfo saytına istinadən bildirir.
Suriyaya könüllü şəkildə geri qayıdanların sayı zamanla artacaq.
Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ümumdünya İnsan Hüquqları Günü münasibətilə keçirilən toplantıda deyib.
Ərdoğan regionda və dünyanın müxtəlif bölgələrində Türkiyəyə ümid bağlayanlara salamlarını çatdırıb.
“Türkiyə suriyalı mühacirləri 13 il ərzində ən yaxşı şəkildə qonaq edib. Biz Suriyalı qardaşlarımızı heç vaxt tək qoymamışıq. Ölkə və millət olaraq insanlıq sınağından uğurla çıxdığımız yerlər arasında Suriya birinci yerdədir. Bu məsələdə mövqeyimiz, münasibətimiz ilk gündən bəllidir, sözümüz, əməlimiz ortadadır. Türkiyə Suriyadakı vəziyyətə hər zaman vicdanla yanaşıb. Biz çətin günlərdə insanlığımız, qonşuluğumuz üçün nə lazımdırsa, onu etməyə davam etmişik”.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:108
Bu xəbər 11 Dekabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















