Ərdoğan: Türkiyədə COP31 in keçirilməsi gələn ilin noyabr ayına planlaşdırılır
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Ankara, 23 noyabr, AZƏRTAC
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) 2026-cı ilin noyabr ayında Türkiyədə keçirilməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Yohannesburqda keçirilən G20 (G20) sammitinin sessiyasında çıxış edərkən bildirib.
Türkiyə liderinin sözlərinə görə, Avstraliya ilə COP31-ə ev sahibliyi etmək barədə razılaşma “qlobal miqyasda konsensus platformalarının zəifləməsi fonunda” xüsusilə əhəmiyyətlidir.
Türkiyə dövlət başçısı sammit iştirakçıları ilə bərpaolunan enerji mənbələrinə (BEM) diqqət yetirərək ölkəsinin enerji inkişaf planlarını bölüşüb.
Onun sözlərinə görə, Türkiyənin günəş və külək elektrik stansiyalarının gücü 2035-ci ilə qədər dörd dəfə artacaq. Bundan əlavə, artıq 2025-ci ilin sonuna qədər ölkənin elektrik enerjisi istehsalında bərpaolunan enerjinin payı 60 faizi keçəcək.
Türkiyə lideri həmçinin BMT-nin dəstəyi ilə beynəlxalq səviyyədə həyata keçirilən Türkiyənin “Sıfır tullantı” təşəbbüsünə diqqət çəkib.
Bundan əvvəl Türkiyə və Avstraliyanın COP31-in Antalyada keçirilməsi ilə bağlı razılaşması barədə məlum oldu.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Baxış sayı:27
Bu xəbər 23 Noyabr 2025 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















