Icma.az
close
up
RU
Ərdoğan: Türkiyədə istehsal edilən 48 ədəd KAAN İndoneziyaya ixrac olunacaq

Ərdoğan: Türkiyədə istehsal edilən 48 ədəd KAAN İndoneziyaya ixrac olunacaq

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: “Dost və qardaş İndoneziya ilə imzaladığımız müqavilə çərçivəsində 48 ədəd "KAAN" (Milli döyüş təyyarəsi) Türkiyədə istehsal edilərək İndoneziyaya ixrac olunacaq”, - deyə bildirib.

Bizimyol.info xəbər verir ki, Türk Havacılıq və Kosmos Sənayesi (TUSAŞ) tərəfindən verilən məlumata əsasən, TUSAŞ beynəlxalq sahədə strateji uğura imza atıb.

İndoneziyada təşkil olunan INDO Defence 2025 sərgisində, Türkiyə tərəfindən milli imkanlarla layihələndirilmiş, inkişaf etdirilmiş və istehsal olunmuş milli döyüş təyyarəsi "KAAN"ın İndoneziyaya satışı ilə bağlı razılıq əldə olunub. Müqaviləyə əsasən, 48 ədəd "KAAN" 5-ci nəsil döyüş təyyarəsi İndoneziyaya təhvil veriləcək.

Mərasim Cakartada baş tutub

İmzalanma mərasimi İndoneziyanın paytaxtı Cakartada baş tutub. Mərasimdə İndoneziya Prezidenti Prabovo Subianto, Türkiyə Prezident Administrasiyası Müdafiə Sənayesi Rəhbəri Haluk Görgün, İndoneziya Müdafiə Naziri Sjafrie Sjamsoeddin, TUSAŞ İdarə Heyətinin sədri Ömər Cihad Vardan, Milli Müdafiə nazirinin müavini və TUSAŞ İdarə Heyəti sədr müavini Şuay Alpay, həmçinin TUSAŞ-ın baş direktoru Mehmet Demiroğlu iştirak ediblər.

Milli mühərriklə təchiz olunacaq "KAAN"lar 120 ay ərzində təhvil veriləcək

İmzalanan müqaviləyə əsasən, 48 ədəd milli döyüş təyyarəsi "KAAN" 120 ay ərzində təhvil veriləcək. Bu təyyarələrdə milli imkanlarla istehsal ediləcək mühərriklər istifadə olunacaq.

Müqavilə "KAAN"ın təhvil verilməsi ilə yanaşı, İndoneziyaya aviasiya sahəsində texnologiya transferini də əhatə edəcək. Eyni zamanda, bu müqavilə Türkiyə və İndoneziya arasında strateji əməkdaşlıqla bilik paylaşımını və yerli imkanların inkişaf etdirilməsini hədəfləyir. Həmçinin "KAAN"ın istehsalında İndoneziyanın yerli imkanlarından da faydalanılacaq.

TUSAŞ rəhbəri Demiroğlu: “Göyüzündən kənara çıxırıq”

TUSAŞ baş direktoru Mehmet Demiroğlu "X" (keçmiş Twitter) platformasında paylaşımında bildirib: “Bu imzayla birlikdə Türkiyə artıq dost və müttəfiq ölkələr üçün də etibarlı tərəfdaşdır. Dünən başqalarının cızdığı yolları izləyirdik. Bu gün biz yollar çəkir, üfüqlər müəyyənləşdiririk”.

Milli mühərrik inteqrasiyası ilə ixrac potensialı artırılacaq

Türk mühəndisliyinin ən yüksək səviyyəsini təmsil edən, 5-ci nəsil çoxməqsədli döyüş təyyarəsi "KAAN" yüksək manevr qabiliyyəti, aşağı radar görünürlüyü (stealth), süni intellekt dəstəkli aviyonika sistemləri və şəbəkə əsaslı döyüş qabiliyyətləri ilə önə çıxır.

"KAAN" həm hava-hava, həm də hava-yer missiyalarında üstün performans göstərməsi üçün nəzərdə tutulub və Türkiyənin müdafiə sahəsində tam müstəqillik vizyonunun simvoludur. İlk uçuşunu 21 fevral 2024-cü ildə uğurla həyata keçirən "KAAN", 6 may 2024-cü ildə ikinci dəfə səmaya qalxmışdı.

Layihənin növbəti mərhələlərində milli mühərrikin inteqrasiyası ilə "KAAN"ın tamamilə milli hala gətirilməsi və ixrac imkanlarının daha da artırılması hədəflənir.

Prezident: “İndoneziyanın yerli imkanlarından da istifadə olunacaq”

Prezident Ərdoğan sosial media hesabında paylaşım edərək bildirib: “Dost və qardaş İndoneziya ilə imzaladığımız müqavilə çərçivəsində 48 ədəd "KAAN" Türkiyədə istehsal edilərək İndoneziyaya ixrac olunacaq. "KAAN"ın istehsalında İndoneziyanın sahib olduğu yerli imkanlardan da istifadə olunacaq”.

Ərdoğan əlavə edib: “Bu müqavilənin Türkiyə və İndoneziya üçün xeyirli olmasını arzu edir, bütün firmalarımızın uğurlarının davamını diləyirəm”.

Nazir Kacır: “Bu, Türkiyə Yüzili ilidir”

Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır sosial media paylaşımında bildirib: “Bu, Türkiyə Yüzili ilidir. Öz 5-ci nəsil döyüş təyyarəsini inkişaf etdirən Türkiyə, indi dost və qardaş ölkələrə ixracata başlayır. 48 ədəd "KAAN" təyyarəsinin Türkiyədə istehsal edilərək İndoneziyaya ixracı ölkələrimiz üçün xeyirli olsun”, - deyə qeyd edib.

Nazir Bolat: “Rekord ixrac müqaviləsi”

Ticarət naziri Ömər Bolat isə: “Artıq "KAAN" bu tarixi sifarişlə İndoneziyaya qanad açır. Bu müqavilə, yüksək texnologiyalı müdafiə sənayemizin ixracda çatdığı zirvəni göstərməklə yanaşı, iki ölkənin qabiliyyətlərini birləşdirən ortaq istehsal modelini də ortaya qoyur”, - deyib.

SSB rəhbəri Görgün: “Bu, strateji əməkdaşlığın ən konkret nümunəsidir”

Prezident Administrasiyasının Müdafiə Sənayesi Rəhbəri Haluk Görgün isə "KAAN"ın İndoneziyaya ixracı ilə bağlı: “Bir zamanlar "bir gün bizim də uçağımız olacaq" deyən əcdadlarımızın arzusu gerçəkləşdi. "KAAN" layihəsi bizim mühəndislərimizin zəhməti və dövlətimizin liderliyinin nəticəsidir”, - deyə bildirib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 İyun 2025 14:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see260

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see205

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see204

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see203

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see172

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see169

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see162

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see155

Warner Bros. üçün 108 milyard dollarlıq təklif

11 Dekabr 2025 00:43see153

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see140

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see140

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see136

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see131

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see130

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see129

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see127

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see125

İsa Həbibbəylidən baldızı oğlunun güllələnmə xəbərinə maraqlı Reaksiya

09 Dekabr 2025 10:10see123

Ermənistanda SENSASİYA: Müharibə vaxtı onları Azərbaycan ordusu öldürməyib

10 Dekabr 2025 03:13see122

Meteuş Koxalski: “Çox əsəbiyəm”

11 Dekabr 2025 01:30see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri