Icma.az
close
up
RU
Ərdoğan: Türkiyədə Somali və Efiopiya arasında sülh razılaşması əldə olunub

Ərdoğan: Türkiyədə Somali və Efiopiya arasında sülh razılaşması əldə olunub

Icma.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Təxminən 8 ay əvvəl başladığımız Ankara prosesində (Somali və Efiopiya arasında - red) mühüm razılaşma əldə etdik. Beləliklə, bəzi narazılıqları və anlaşılmazlıqları birlikdə aradan qaldıraraq, Somali və Efiopiya arasında sülh və əməkdaşlığa əsaslanan yeni başlanğıcın ilk addımını atdıq.

Adalet.az xəbər verir ki, bunları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Somalinin dövlət başçısı Həsən Şeyx Mahmud və Efiopiyanın Baş naziri Abiy Əhməd Əli ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“Somali və Efiopiyanın yerləşdiyi bölgə keçmişdə çoxlu haqsızlıqlara məruz qalmasına və ciddi qarşıdurmalara meydan olmasına baxmayaraq, tarixin parlaq dövrlərini yaşamış, bəşəriyyətə mühüm töhfələr vermiş coğrafiyadır. Region əhalisi çətinliklərin öhdəsindən gəlmək üçün həmişə müdriklik nümayiş etdirib. İnanıram ki, indicə razılaşdırılmış birgə bəyannamə gələcək dövrdə regionda qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq, iqtisadi inkişaf və firavanlıq üçün möhkəm zəmin yaradacaq”, - Türkiyə lideri deyib.

Ərdoğan qeyd edib ki, bu həm də dövlət xadimlərinin gələcək nəsillər qarşısında borcu və məsuliyyətidir: “Burada bəyan etdiyimiz konsensus belə bir baxışın məhsuludur. Bundan sonra atacağımız addımlara birlikdə qərar verəcəyik və bölgə əhalisinin əmin-amanlığını və rifahını artıracaq layihələr həyata keçirəcəyik.

Bu hiss və düşüncələrlə mən sizin hüzurunuzda onlara bir daha təşəkkürümü bildirirəm, ümid edirəm ki, başladığımız proses faydalı olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:104
embedMənbə:https://adalet.az
archiveBu xəbər 12 Dekabr 2024 10:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see257

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see197

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see151

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see140

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see140

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see132

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see131

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see131

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see129

Tehran BƏƏ nin iddialarını rədd etdi: Üç ada İranındır

07 Dekabr 2025 12:57see129

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see129

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see128

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see128

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see128

İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun ərazisində taktiki xüsusi təlim keçirilib

07 Dekabr 2025 11:52see127

Sumqayıtda 7 aylıq körpə ölüb

08 Dekabr 2025 00:56see127

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see127

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see127

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see127

“İnter”dən inamlı qələbə

07 Dekabr 2025 02:06see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri