Ərdoğan Ukrayna müharibəsi ilə bağlı hərəkətə keçir: Bunun üçün...
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna müharibəsinin tərəflərinin yenidən danışıqlar masasına qayıtmasına kömək etməyə hazır olduqlarını bildirib.
Turkustan.az xəbər verir ki, Ərdoğan bu barədə Amerikanın “Newsweek” jurnalına müsahibəsində danışıb.
Türkiyə liderinin sözlərinə görə, bunun üçün yalnız “siyasi iradə” lazımdır. O, hazırda Ankara üçün əsas prioritetin Qara dənizdə kommersiya gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi olduğunu vurğulayıb.
Ərdoğan qeyd edib ki, Türkiyə həm Rusiya, həm də Ukrayna ilə fəal təmaslar saxlayır. Məqsəd hərbi əməliyyatların mülki gəmilərə, ticarət yollarına və enerji infrastrukturuna zərər vurmamasını təmin etməkdir.
Xatırladaq ki, Ərdoğan daha əvvəl Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Türkiyə prezidenti həmin görüşdə Ankaranın müharibənin sülh yolu ilə həlli üçün əlindən gələni edəcəyini bildirib./Publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 25 Sentyabr 2026 17:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















