Ərdoğan: Ümid edirik ki, Rusiya və Ukrayna təxribatlara boyun əyməyəcək
Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın dərinliklərinə zərbə endirməsinə qoyulan qadağanın götürülməsi genişmiqyaslı müharibəyə yol aça biər".
Bakıvaxtı.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, bildirib ki, ABŞ prezidenti Co Baydenin Ukraynanın Rusiyanın dərinliklərinə endirilən uzunmənzilli ATACMS raketləri ilə zərbələr endirməsinə qoyulan qadağanı ləğv etmək qərarı genişmiqyaslı müharibənin alovlanması təhlükəsi yaradır.
"Bu addım münaqişəni gərginləşdirməklə yanaşı, nüvə doktrinası bu cür hücumlara nüvə silahı ilə cavab verməyə imkan verən Rusiyanın reaksiyasına səbəb olacaq. Bütün bunlar regionu və dünyanı yeni genişmiqyaslı müharibənin astanasına qoya bilər. Bu yanaşma sizi heç bir yerə aparmayacaq. Biz gözləyirik və ümid edirik ki, Ukrayna və Rusiya tərəfləri sülhə, sakitliyə və təxribatlara boyun əyməməyə diqqət göstərəcəklər", - deyə Türkiyə prezidenti vurğulayıb.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 20 Noyabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















