Icma.az
close
up
RU
Ərdoğan uzun illərdən sonra sükutu pozur: Suriyaya səfərinin pərdəarxası

Ərdoğan uzun illərdən sonra sükutu pozur: Suriyaya səfərinin pərdəarxası

Sitat.info saytına istinadən Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Suriyaya səfəri gözlənilir.
Bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Koroğlu deyib.
O bildirib ki, Ərdoğan xarici işlər naziri Hakan Fidandan sonra Suriyaya səfər etmək barədə düşünür. Diplomat bununla yanaşı Ərdoğanın mümkün səfərinin tarixini açıqlamayıb.
Yeni mərhələ barədə danışan Burhan Koroğlunun sözlərinə görə, Türkiyə-Suriya münasibətləri təxminən Osmanlı dövründəki kimi olacaq.

Bir neçə gün əvvəl Ərdoğan Fidanın Dəməşqə gedəcəyini bildirmişdi. Bundan əvvəl Milli Kəşfiyyat İdarəsinin rəisi İbrahim Kalın Suriyaya gedib.

 Əvvəl də dediyimiz kimi, Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyada yeni reallıqlar yaranıb. Bu reallıqların müəllifi Ankaradır. Belə ki, məhz Əsəd rejimin devrilməsi nəticəsində Türkiyə illərdir əziyyət çəkdiyi terror bəlasından xilas olmaq üzrədir.

İndi Türkiyənin əsas məqsədi Suriyada möhkəmlənməkdir. Bunun üçün isə yeni hakimiyyətlə təmasların intensivləşdirilməsi şərtdir. 

Ehtimal etmək olar ki,  Suriyadakı yeni hakimiyyətin lideri Əhməd əş-Şara ilə Türkiyə arasında əvvəlcədən müəyyən danışıqlar olub və razılıq əldə edilib. Bu razılığa görə, Suriyanın yeni hakimiyyətinin ölkənin terrorçulardan təmizlənməsində Türkiyəyə dəstək verməsi istisna deyil.

Ümumiyyətlə, bundan sonrakı mərhələdə rəsmi Ankara mümkün qədər çalışacaq ki, Suriyadakı yeni hakimiyyətə təsir imkanı çox olsun. Başqa sözlə desək, yeni iqtidarın Türkiyənin maraqlarına uyğun davranması Ankara üçün strateji əhəmiyyətli məsələdir. Bu xüsusda xarici işlər nazirinin Suriyaya səfəri xüsusi əhəmiyyətlidir. 

Perspektivdə Ankara – Dəməşq münasibətlərinin inkişafı gözləniləndir. Bu isə özünü Suriyanın tamamilə terrordan təmizlənməsində və Türkiyənin təhlükəsizliyinin təmin olunmasında göstərə bilər.

Əgər Ərdoğan uzun illərdən sonra Suriyaya gedirsə, deməli, o münasibətlərdə yeni mərhələnin başlanacağına əmindir.

Kənan Novruzov,

Xüsusi olaraq Sitat.info üçün

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://sitat.info
archiveBu xəbər 23 Dekabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see502

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see424

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see415

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see308

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see296

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see288

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see288

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see283

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see275

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see272

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see251

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see246

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see241

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see241

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see241

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see240

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see237

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see234

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri