Icma.az
close
up
RU
Ərdoğan varis istəmir, onu vaxtı gəldikdə rəqibi əvəzləyəcək Analitik

Ərdoğan varis istəmir, onu vaxtı gəldikdə rəqibi əvəzləyəcək Analitik

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Fidanın Ərdoğanın varisi olması inandırıcı deyil


Türkiyə tarixində və siyasi sistemində kəşfiyyatçıların hakimiyyətə gəlməsi təcrübəsi yoxdur


Türkiyədə baş verən son siyasi proseslər müxtəlif tərzdə şərh edilir, fərqli versiyalar irəli sürülür. Diqqətçəkən bir iddia isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın varisi üçün münbit şərait yaratmasıdır.

Əslində siyasi varislik köhnəlməyən, gündəmdən düşməyən, tez-tez aktuallaşan və geniş müzakirələrə səbəb olan bir mövzudur. Bu baxımdan belə bir iddianın olması təbiidir.


Mövzu ilə bağlı "Sherg.az"a danışan politoloq Turan Rzayev isə hesab edir ki, R.T.Ərdoğan Türkiyə tarixinə düşəcək nadir simalardandır. Onun sözlərinə görə, lider üçün vacib olan xarizmatikiyi, çox siyasətçilərə xas olmayacaq tərzdə açıq sözlü olması və cəsarətli addımları ilə həm Türkiyə, həm də dünya siyasi tarixində özünə yer edib:


"Lakin hər siyasətçi kimi bir gün onun da hakimiyyəti bitəcək. Buna görə də yerinə kimi qoyacağı, ya da kimi görmək istədiyi varisinin kimliyi maraq doğur.

Türkiyə demokratik ölkədir. Hərçənd potensial bir Qərb demokratiyası sayılmasa da yerləşdiyi regionu nəzərə aldıqda demokratik ölkə olması şübhəsizdir. Özü də bu demokratiya konstitusiya ilə sabit və dəyişməzdir. Belə olduğu üçün deyə bilərik ki, R.T.Ərdoğanın yerinə birbaşa kimisə təyin etməsi mümkün deyil.

Əslində Türkiyə demokratiyasında və siyasi ənənəsində varislər təyin edilmir, yetişir. Misal üçün, R.T.Ərdoğan faktiki olaraq Nəcməddin Ərbakanın tələbəsi, dolayı yolla varisi idi. Yəni sağ camiyədən çıxmışdı. Türkiyə siyasi sistemində varisin başa keçməsi üçün ustadını üstələməsi lazımdır. Ərdoğanın vaxtilə N.Ərbakana dediyi “yaş yetmiş, iş bitmiş” ifadəsi hələ də yaddaşlardadır".


T.Rzayev qeyd edib ki, son zamanlar Ərdoğanın potensial varisi kimi bir çox şəxsin adı çəkilsə də onlardan biri xüsusi diqqət çəkir. Söhbət Türkiyənin xarici işlər naziri Hakan Fidandan gedir:

 "Xüsusilə onun həm keçmiş MİT rəhbəri olması, həm də Ərdoğanın ən yaxın silahdaşı, inandığı şəxs olması bu versiyanı gücləndirir. MİT Türkiyə dövlətçiliyinin onurğa sütunu sayılır. H. Fidan isə bu posta nə az, nə çox, 13 ildən artıq rəhbərlik edib. Xarici işlər naziri kimi də Hakan Fidan çox ciddi işlər görür. Şübhəsiz bu şəxs həm də Ərdoğanın “qara qutusu” sayılır. Lakin bütün bunları bir kənara qoysaq Fidanın Ərdoğanın varisi olması inandırıcı deyil. Onun kəşfiyyatçı keçmişi, bir az da Türkiyə film sektorunun yaratdığı təəssürat onun varis olma fikrini yaradıb. Fidan ambisiyalı şəxs deyil. MİT-ə 13 il rəhbərlik etməsi belə Fidanın şəxsi ambisiyanın olmadığını demək üçün bəsdir. Ərdoğan hakimiyyəti rəqibləri ilə bölüşə bilmədiyini nəzərə alsaq ətrafındakı kadrları xüsusi seçdiyini demək olar. Məsələnin digər tərəfi də Türkiyənin dövlət ənənəsidir. Belə ki, Türkiyə tarixində və siyasi sistemində kəşfiyyatçıların hakimiyyətə gəlməsi təcrübəsi yoxdur. Bunu daha çox post sovet ölkələrində görmək mümkündür. Rusiyada bu ənənə hələ də davam edir. Ərdoğanın varislik məsələsinə gəldikdə, hazırda AKP tərkibində onun yerinə gələcək ambisiyada bir şəxs yoxdur. Ərdoğanın buna icazə verməsi də real deyil. Yəni Ərdoğan varis istəmir. Belə olduqda o zaman onu varisi yox, vaxtı gəldikdə rəqibi əvəzləyəcək".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://sherg.az
archiveBu xəbər 25 Mart 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gərilən yay Məryəm Bağırova yazır

01 İyun 2026 15:01see1102

Elm və Təhsil Nazirliyinin 20 illik səhvi KONKRET

01 İyun 2026 16:18see252

Azərbaycan təhsilində inqilab: Müəllimləri və şagirdləri gözləyən yeniliklə bağlı AÇIQLAMA

02 İyun 2026 13:51see204

Ramanada qayınata gəlini qətlə yetirib

01 İyun 2026 18:39see192

Rəcəb Tayyib Ərdoğan 10 cu dəfə baba oldu

02 İyun 2026 01:41see189

bp nin regional prezidenti: Azərbaycan qarşıdakı onilliklərdə dünya səviyyəli enerji qovşağına çevrilə bilər

02 İyun 2026 09:31see179

Sumqayıt qatarı qəza törədib, ölən var

02 İyun 2026 09:30see176

9% gəlirlilik: Dövlət şirkətinin dollar istiqrazları ticarətə buraxılır

03 İyun 2026 01:20see175

İtaliya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib

02 İyun 2026 04:53see174

“13 həftə, 13 avtomobil” kampaniyasına start verildi VİDEO

02 İyun 2026 09:32see171

Netanyahu: “Hizbullah” hücumları davam etdirsə, İsrail Beyrutu vuracaq

02 İyun 2026 01:49see171

TƏBİB in yeni mətbuat katibi Zara İbrahimzadə kimdir?

02 İyun 2026 23:17see171

Hörmüzdən keçən gəmilərlə bağlı statistika Açıqlandı

02 İyun 2026 03:49see170

“İranla gələn həftə razılaşma əldə edə bilərik”

02 İyun 2026 02:47see169

Azərbaycanlı biznesmen çətin sınaq qarşısında milyardlarını itirə bilər

02 İyun 2026 13:54see169

ABŞ məxfi hesabat hazırlayacaq TRAMP İMZALADI

03 İyun 2026 03:23see166

Diabet necə yaranır? Həkimlər əsas səbəbləri açıqladı

02 İyun 2026 03:03see165

72 kilo arıqlayan məşhur aktrisanın son görüntüsü gündəm oldu

02 İyun 2026 13:56see165

Bu il hansı qrupda ballar aşağı düşəcək?

01 İyun 2026 23:54see162

Polşa Prezidenti: “Arzularımı çatdırmaqdan şərəf duyuram!”

01 İyun 2026 20:15see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri