Icma.az
close
up
RU
Menu

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

Ərdoğan və Netanyahu Azərbaycana gəlirlər saatlar Bakı vaxtı ilə qurulur...

Ərdoğan və Netanyahu Azərbaycana gəlirlər saatlar Bakı vaxtı ilə qurulur...

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Bu iki liderin səfəri o deməkdir ki, Bakı dünya siyasəti və bölgənin gələcəyi üçün qərarverici mərkəzə çevrilib”

Son bir ay ərzində Azərbaycan rəhbərliyinin olduqca düşünülmüş və strateji xarici siyasət kursu Azərbaycanı heç vaxt olmadığı qədər dünya və bölgə siyasəti üçün cəzbedici ölkəyə çevirib. Prezident İlham Əliyevin Çinə səfəri, imzalanan sənədlər və birgə bəyanat sözün əsl mənasında siyasi partlayış hesab oluna bilər. İlk əvvəl ona görə ki, artıq dünya siyasəti və iqtisadiyyatı üçün bir nömrəli ölkə halına gələn Çinlə bu səviyyədə tərəfdaşlıq qurulması Azərbaycanın dünya və böəlgə siyasətindəki imicini yüksəldir və əlini gücləndirir. Çünki Cənubi Qafqazın və keçmiş sovet respublikalarının heç biri - Rusiyanı çıxmaq şərti ilə - Çin ilə bu səviyyəli tərəfdaşlıq qura bilməyib.
Bölgənin əsas neft və qaz istehsalçısı, Avropa üçün isə əsas enerji tərəfdaşı sayılan, qoca qitənin enerji təhlükəsizliyi üçün cavabdeh səviyyəyə çatan Azərbaycanla Çin kimi dünya nəhənginin tərəfdaşlıq qurması rəsmi Bakının Cənubi Qafqazdakı siyasi çəkisini on qat artırır. Bu, heç şübhəsiz ki belədir. Üstəlik, Azərbaycan Prezidentinin Çin səfərindən dərhal sonra İran Prezidenti Məsud Pezeşkianı Bakıda qarşılaması, aparılan danışıqlar və İran dövlət başçısının Azərbaycanın bölgə üçün böyük siyasi əhəmiyyətə sahib olması barədə dedikləri tam bir siyasi qələbə hadisəsidir.
Çox zaman Azərbaycana qarşı xoş olmayan mövqedə duran, bunun əksinə olaraq Ermənistanı dəstəkləyən rəsmi Tehranın bu gün Bakı ilə isti münasibətlərə üstünlük verməsi də önəmli hadisədir. Bu, həm də rəsmi Bakının geosiyasi məkanda olduqca bacarıqlı siyasət kursu reallaşdırması, Azərbaycanın əhəmiyyətli ölkə imicinə sahib olması ilə izah olunmalıdır. Bu, tərif deyil, bu, gerçəklikdir. İqtidar və ya müxalifət mövqeyində durmasından asılı olmayaraq ədalətli və real siyasəti dərk edən hər kəs bu siyasi ustalığı qiymətləndirməyə bilməz.
İndi isə dünya və bölgə siyasəti üçün mühüm iki dövlətin – Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və İsrailin Baş naziri Benyamin Netanyahunun Bakı səfəri gözlənilir. Bu, zaman dəqiqliyi ilə hesablanan vacib səfərlərdir. B.Netanyahunun və Ərdoğanın Bakı səfərləri təkcə qardaş və dost iki ölkənin Azərbaycanla tərəfdaşlığı, habelə əlaqələrin coğrafiyasını genişləndirmək baxımından deyil, həm də bölgənin gələcək təhlükəsizliyi baxımından həddindən artıq böyük önəm daşıyır. Artıq dünyanın nüfuzlu nəşrlərində və siyasi mərkəzlərində Türkiyə və israil liderlərinin bakı səfəri, aparılacaq danışıqlar və əldə olunacaq razılaşmalar barədə ciddi müzakirələr gedir. Xüsusilə bir məqama nəzər yetirməliyik ki, son illər Türkiyə və İsrail arasındakı soyuq münasibətlər fonunda hər iki dövlət liderinin eyni vaxtda Bakıya səfər etmələri o deməkdir ki, Ərdoğan və Netanyahu arasında Bakıda görüş və müzakirələrin keçirilməsi də gözləniləndir. Əlbəttə, bölgənin və dünya siyasətinin iki mühüm dövlətinin Bakıda təmaslar qurması, Türkiyə və İsrail arasındakı münasibətlərin yaxşılaşdırılması, bölgədə gələcəkdə gözlənilən proseslərə bu səfərin təsirləri tarixi önəm daşıyır. Çünki həm Türkiyə, həm də İsrail Yaxın Şərqdə, xüsusuilə Suriya məsələsində mühüm maraqlara sahibdirlər. Hər iki liderin Bakı səfəri gerçəkləşərsə, bu o deməkdir ki, dünya və bölgə siyasəti üçün saatlar Bakı vaxtı ilə qurulur...

Mətləb Salahov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://sia.az
archiveBu xəbər 01 May 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see526

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see250

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see241

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see241

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see231

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see230

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see224

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see223

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see213

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see210

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see210

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see205

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see201

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see200

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see174

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see173

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see172

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see170

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see157

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see155
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri