Ərdoğan və Şahbaz Şərifdən 5 milyard dollarlıq hədəf
Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.
Türkiyə və Pakistan iqtisadi əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, Pakistanın Baş naziri Şahbaz Şərifin Türkiyəyə rəsmi səfəri çərçivəsində keçirilən görüşlərdə iki ölkə arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi və strateji tərəfdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.
Bildirilir ki, tərəflər qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard dollara çatdırılması istiqamətində birgə fəaliyyət göstərmək niyyətlərini bir daha təsdiqləyiblər.
Qeyd olunur ki, İstanbulda keçirilən “Pakistan–Türkiyə Biznes Konfransı”nda çıxış edən Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar türk şirkətlərini enerji, mədənçıxarma, infrastruktur, kənd təsərrüfatı, logistika, turizm, informasiya texnologiyaları və müdafiə sənayesi sahələrinə investisiya yatırmağa çağırıb.
Məlumata əsasən, İshaq Dar ölkəsində həyata keçirilən iqtisadi islahatların investorlar üçün daha əlverişli biznes mühiti yaratmağa yönəldiyini bildirib.
Bildirilir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da türk investorlarını Pakistanda fəaliyyətlərini genişləndirməyə çağırıb. O, Kəraçidə türk şirkətləri üçün Xüsusi İqtisadi Zonanın yaradılması istiqamətində işlərin davam etdiyini qeyd edib.
Qeyd olunur ki, görüşlərdə “Pakistan–Türkiyə Rəqəmsal Dəhlizi”nin yaradılması, 5G texnologiyalarının tətbiqi və proqram təminatı sahəsində əməkdaşlıq perspektivləri də müzakirə edilib.
Məlumata görə, tərəflər regional təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparıblar. Pakistan Şimali Kipr Türk Respublikası ilə bağlı Türkiyənin mövqeyini dəstəklədiyini bəyan edib, Ankara isə Cammu və Kəşmir məsələsində Pakistanın mövqeyinə dəstəyini bir daha ifadə edib.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 06 İyul 2026 17:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















