Ərdoğan və Tramp krayna Rusiya sülh gündəmini müzakirə edəcək
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ərdoğan və Trampın NATO Zirvəsi çərçivəsində Ukrayna-Rusiya sülh gündəmini müzakirə edəcəyi bildirilir.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin “Milliyet” qəzeti məlumat yayıb.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-nin Prezidenti Donald Trampın NATO sammiti çərçivəsində bir araya gələrək Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının bərpası perspektivlərini müzakirə edəcəyi iddia olunur.
Qeyd olunur ki, Şimali Atlantika Alyansının növbəti sammiti iyulun 7–8-də Ankarada keçiriləcək və tədbirdə NATO-ya üzv 32 dövlətin liderləri, eləcə də xarici işlər və müdafiə nazirləri iştirak edəcək.
Məlumata əsasən, sammitə Asiya-Sakit Okean regionunun tərəfdaş ölkələri olan Yaponiya, Cənubi Koreya, Avstraliya və Yeni Zelandiya nümayəndələrinin də qatılması gözlənilir.
Bildirilir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Bürhanəddin Duranın açıqlamasına görə, sammitin əsas gündəliyində Avroatlantik regiondakı təhlükəsizlik təhdidləri, Ukrayna böhranı və NATO-nun cənub cinahındakı məsələlər dayanır.
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 06 İyul 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















