Ərdoğan: Yeni dünya düzəninin Türkiyəsiz qurulması mümkün deyil
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyə Prezidenti ölkəsinin yeni dünya düzəni quruculuğunda mühüm rol oynadığını deyib.
"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə Böyük Millət Məclisində (TBMM) AK Partiyanın qrup toplantısındakı çıxışında danışıb.
O, ciddi proseslərin cərəyan etdiyi dünyanın çoxqütblü sistemə doğru getdiyini vurğulayıb:
“Türkiyə bu prosesdə çox mühüm rol oynayır. Hazırda Türkiyə qlobal siyasətdə baş verən sürətli hərəkətlənmə fonunda öz dayanıqlılığını qorumağa nail olan ölkələrdən biridir.
Açıq görünür ki, dünya təkqütblü dünyadan çoxqütblü dünyaya keçməyə doğru gedir. Türkiyə artıq elə bir vəziyyətdədir ki, heç bir ölkə yeni düzəndə bizim üçün rol müəyyənləşdirə bilməz. O baxımdan, yeni dünya nizamının Türkiyəsiz qurulması mümkün deyil”.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 09 Aprel 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















