Ərdoğan: Zəlzələnin nəticələrini aradan qaldırmaqla bağlı lazımi tapşırıqlar verilib
Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Fəlakətlərin İdarə Edilməsi Müdirliyində (AFAD) toplantı keçirib. Məlumatı “Anadolu” verib.
“Koordinasiya iclasında biz ən son məlumatları aldıq, zəlzələnin nəticələrinin minimuma endirilməsi üçün atılan və atılacaq addımları qiymətləndirdik, qarşıdakı proseslə bağlı lazımi tapşırıqlar verdik”, - deyə dövlət başçısı bildirib.
Prezident Ərdoğan sosial şəbəkədəki paylaşımında bu gün Mərmərə dənizində baş verən və İstanbul və ətraf vilayətlərdə hiss olunan 6,2 bal gücündə zəlzələdən zərər çəkmiş bütün vətəndaşlara “tez sağalma” diləklərini çatdırıb.
Toplantıda ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, gənclər və idman naziri Osman Aşkın Bak, daxili işlər naziri Əli Yerlikaya, səhiyyə naziri Kamal Məmişoğlu, İstanbul qubernatoru Davut Gül və digər məmurlar iştirak ediblər.
Dövlət başçısı zəlzələnin baş verdiyi şəhərlərdə problem və insan tələfatının olmadığını vurğulayıb.
Али Ерликая, министр здравоохранения Кемаль Мемишоглу, губернатор Стамбула Давут Гюль и соответствующие чиновники.
P.ƏMİRCANOV
XQ
Baxış sayı:104
Bu xəbər 24 Aprel 2025 11:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















