Ərdoğan Zirvə toplantısında iştirak etmək üçün Qətərə səfər edib
525.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ərəb Liqasının Fövqəladə Zirvə toplantısında iştirak etmək üçün Qətərə səfər edib.
525.az xəbər verir ki, bu, İsrailin 7 oktyabr 2023-cü ildə Qəzzaya ilk hücumundan sonra keçirilən üçüncü fövqəladə sammitdir.
Zirvə İsrailin 9 sentyabr hücumundan sonra Qətərin dəvəti ilə, İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının hazırkı sədri Türkiyənin dəstəyi ilə keçirilir.
Prezident Rəcəb Tayyib Ərdoğanı Həmad Beynəlxalq Hava Limanında Qətərin Baş nazirinin müavini və müdafiə naziri Şeyx Səud bin Əbdülrəhman Al Tani, xarici işlər naziri Hakan Fidan, Türkiyənin Dohadakı səfiri Mustafa Göksu və səfirlik üzvləri qarşılayıblar.
Prezident Ərdoğan və xanımı Əminə Ərdoğan, Milli Kəşfiyyat Təşkilatının (MİT) direktoru İbrahim Kalın, Prezidentin Xarici Siyasət və Təhlükəsizlik Baş müşaviri Akif Çağatay Kılıç, Prezidentin Kommunikasiyalar Direktoru Burhanəddin Duran, AK Partiya Sədr müavini və Səhiyyə Siyasətinin rəhbəri Prof.Dr. Halit Yerebakan da Dohaya gəliblər.
Qeyd edək ki, Qətərdəki sammitdə mövcud vəziyyət qiymətləndiriləcək və İsrailin hücumlarına qarşı lazımi addımların atılması müzakirə olunacaq.
İsgəndər Həsənov
Baxış sayı:66
Bu xəbər 15 Sentyabr 2025 18:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















