Icma.az
close
up
RU
Ərdoğana məlumat gəldi PKK tamamilə ləğv olunacaq?

Ərdoğana məlumat gəldi PKK tamamilə ləğv olunacaq?

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana PKK-nın aprelin sonuna qədər özünü buraxacağı barədə məlumat verilib.

Maraqlıdır, PKK-nın özünü buraxması hansı şərtlər altında baş tuta bilər? Beynəlxalq aktorlar (ABŞ, Avropa Birliyi və s.) bu xəbərə necə münasibət göstərəcək?

Suallarla bağlı Sfera.az-a açıqlama verən politoloq Natiq Miri heç bir şərt olmadan və konkret hansısa müzakirə və iddialar irəli sürülmədən silahların Türkiyənin təhlükəsizlik orqanlarına, güc strukturlarına təhvil veriləcəyini və bu təşkilatın öz fəaliyyətinə son qoyacağını vurğulayıb. 

Onun sözlərinə görə, bu təşkilatın içərisində ağır cinayətlər törətmiş və türk əsgərinin, mülki şəxslərin qanına batan insanlar var. Ekspert bu təşkilata qoşulmuş, lakin türk xalqına zərər verməmiş şəxslərin isə əfv edilə biləcəyini diqqətə çatdırıb.

"Uzun illərdir PKK-nı təmin edən müəyyən logistik mərkəz olaraq onlara şərait yaradan Avropada Qərb dünyası var ki, xüsusilə Fransa və Almaniya kimi dövlətlər, hətta Skandinaviya ölkələri artıq bununla bağlı hər hansı hüquqi, siyasi bəyanat vermək və buna etiraz etmək imkanına sahib deyillər. Çünki nə qədər terror təşkilatı kimi tanınsalar da, Qərb dünyası bu qüvvələri daim “azadlıq uğrunda mübarizə aparan güc mərkəzi” kimi təqdim edirdi. Ən azından informasiya səviyyəsində. Və belə bir vəziyyətdə bu təşkilatı quran, hələ də bu təşkilatın rəhbəri kimi çıxış edən terrorçu başı Öcalan artıq Türkiyədəki bütün kanallardan açıq şəkildə bəyan etdi ki, “bu təşkilatı mən qurmuşam və artıq bu təşkilatdan da imtina edirəm. Çünki o dövrlə bu gün eyni deyil. Artıq Fransa inqilabına bənzər bir azadlıq mübarizəsindən söhbət gedə bilməz”,- ekspert bildirib.

N.Miri əlavə edib ki, indi birlik zamanıdır və bu birlik həm türk, həm də kürd xalqı üçün xeyirli olacaq bir vəziyyət yaradacaq:

“Ona görə də bu, elə bir silah, Türkiyə Dövlətinin elə bir addımı idi ki, artıq xarici güclərə hər hansı bir imkan, etiraz haqqı verilmədi. Çünki bu təşkilatı yaradan şəxs təşkilatın buraxıldığını açıq şəkildə bəyan edirsə, buna kim etiraz edə bilər? Ona görə də burada seçim o qədər də geniş deyil. PKK-dan bəslənən, xalqın qanı ilə milyonlar qazanan Karayılan və Dursun kimi cinayətkar rəhbərlər var. Ancaq onların da bu prosesə açıq şəkildə qarşı çıxmaq imkanları böyük deyil. Çünki Öcalan tərəfdarları, PKK tərəfdarlarından daha çoxdur”.

Analitik, bu baxımdan, onların həm təhlükəsizlikləri, həm də özlərinin mümkün cəzalandırılmasından qorxaraq bu məsələyə açıq şəkildə qarşı çıxa bilməyəcəklərini qeyd edib. N.Mirinin fikrincə, ona görə də burada seçim çox deyil:

“Silahı yerə qoyub təslim olacaqlar. Ümumilikdə isə Türkiyə Dövləti artıq Öcalanın bəyanatı ilə əlinə elə bir hüquqi zəmin, elə bir əsas alıb ki, bütün terrorçu ünsürləri məhv edə bilər. Buna görə də, demək olar ki, Ankara artıq terrordan azad bir Türkiyə anlayışına bir addım yaxınlaşıb. Bu isə Türkiyəyə qarşı edilən təzyiq imkanlarını, xüsusilə xaricdən gələn təzyiq imkanlarını tükəndirir. Türkiyənin daha da güclənməsinə, xüsusilə daxildə milli birliyə nail olunmasının qarşısını açır. Yəni gördüyümüz kimi, günü-gündən güclənən bir Türkiyə müşahidə olunur. Və bu proses bu şəkildə davam edəcək”.

Fidan Hacızadə
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://sfera.az
archiveBu xəbər 23 Aprel 2025 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see245

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see196

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see190

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see143

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri