Ərdoğana sui qəsddə ittiham olunan FETÖ üzvü saxlanıldı
Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.
Türkiyədə 15 İyul çevriliş cəhdi zamanı Prezident Rəcəb Tayyib Ərdoğana qarşı həyata keçirilən sui-qəsd cəhdində iştirak etməkdə ittiham olunan və 10 il ərzində qırmızı bülletenlə axtarılan FETÖ üzvü Burkay Karatepe saxlanılıb.
Gununsesi.info xəbər verir ki, məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Afyonkarahisar, Eskişehir və Muğla vilayətlərinin polis idarələrinin birgə keçirdiyi əməliyyat nəticəsində Afyonkarahisarda saxlanılan Burkay Karatepe Muğla Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən Muğlaya gətirilib.
Karatepe polisdəki prosedurlar başa çatdıqdan sonra gücləndirilmiş təhlükəsizlik tədbirləri altında məhkəməyə çıxarılıb.
Prokurorluqda ifadəsi alındıqdan sonra Burkay Karatepe barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 05 Avqust 2026 19:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















