Ərdoğan:“Baydenin bu addımı Rusiyanın ciddi reaksiyasına səbəb olacaq” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Baydenin Ukraynanın Rusiya ərazisinə Amerika raketləri ilə hücum etməsinə münasibət bildirib.
KONKRET.az xəbər verir ki, Türkiyə lideri G20 sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırıb. Ərdoğan bildirib ki, bu cür hərəkətlər yalnız gərginliyi artırır və Moskvanın müvafiq reaksiyasına səbəb olur: “Cənab Baydenin bu addımını müharibənin qızışdırılması, onun sonsuz davamı və genişlənməsi istiqamətində bir addım kimi qiymətləndirmək olar. Bu qərar münaqişəni gərginləşdirməklə yanaşı, istər-istəməz Rusiyanın daha ciddi reaksiyasına səbəb olacaq”. Ərdoğan Rusiya prezidentinin nüvə doktrinasını təsdiqləməsinə də toxunub:”Bütün bu addımlar regionu və dünyanı genişmiqyaslı müharibəyə sürükləyir”.
Vəli Həsənoğlu,
KONKRET.az
Baxış sayı:125
Bu xəbər 20 Noyabr 2024 16:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















