Ərdoğandan BMT yə mesaj: “Daha ədalətli dünya mümkündür”
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal böhranların BMT-nin təsis missiyasının əhəmiyyətini azaltmadığını, əksinə, artırdığını bildirib.
Turkustan.az xəbər verir ki, o, bu barədə BMT-nin yaranmasının 81-ci ildönümü və 24 oktyabr BMT Günü münasibətilə yayımladığı mesajda qeyd edib.
Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial media hesabında yayımlanan mesajında Ərdoğan BMT-ni ildönümü münasibətilə təbrik edib, təbriklərini təşkilatın Baş katibi Antonio Quterreşə və Türkiyədə, eləcə də dünyanın müxtəlif bölgələrində çalışan bütün BMT əməkdaşlarına çatdırıb.
Ərdoğan xatırladıb ki, iki dünya müharibəsindən sonra gələcək nəsilləri müharibələrin fəlakətlərindən qorumaq məqsədilə yaradılan BMT ilk gündən beynəlxalq sülhün və təhlükəsizliyin qorunması, inkişafın və rifahın təşviqi istiqamətində mühüm öhdəliklər götürüb.
O bildirib ki, müharibələr, humanitar fəlakətlər, iqlim dəyişikliyi, aclıq, yoxsulluq, irqçilik, ksenofobiya və islamofobiya kimi qlobal problemlər təşkilatın missiyasını daha da vacib edir.
Türkiyə lideri BMT Nizamnaməsinin prinsiplərinin daha güclü şəkildə dəstəklənməsinin və təşkilatın əsas orqanlarının fəaliyyətini gücləndirəcək islahatların aparılmasının vacibliyini vurğulayıb.
Ərdoğan xüsusilə BMT Təhlükəsizlik Şurasının daha ədalətli və inklüziv struktura sahib olmasının zəruriliyini qeyd edib. O, Qəzzada 74 mindən çox insanın həyatına son qoyan hadisələrin, eləcə də dünyanın digər bölgələrindəki böhran və münaqişələrin bu islahatlara ehtiyacı daha da artırdığını bildirib.
Türkiyə Prezidenti həmçinin BMT Baş katibi Antonio Quterreşin irəli sürdüyü UN80 Təşəbbüsünü dəstəklədiyini və İstanbulun BMT mərkəzinə çevrilməsi məqsədilə təşkilatla sıx əməkdaşlıq etdiklərini açıqlayıb.
Ərdoğan mesajının sonunda beynəlxalq sistemi və onun mərkəzində dayanan BMT-ni daha təsirli və inklüziv etmək istiqamətində səyləri davam etdirəcəklərini vurğulayaraq, daha ədalətli dünyanın mümkün olduğuna inandığını bildirib.
Aytən Yaşar/Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 24 Oktyabr 2026 18:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















