Ərdoğandan “əsrin fəlakəti”nin ildönümü ilə bağlı Paylaşım
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin fevralın 6-da Kahramanmaraş vilayəti və ətraf ərazilərdə baş vermiş dağıdıcı zəlzələnin ildönümü ilə əlaqədar paylaşım edib.
“Qafqazinfo” xəbər verir ki, Türkiyə lideri “X” hesabında bunları yazıb:
“Hamımızı dərindən sarsıdan, qəlbimizdə böyük yaralar açan, xalqımızın yaddaşında silinməz izlər qoyan 6 fevral zəlzələlərinin ikinci ildönümündə itirdiyimiz 53 537 qardaş-bacımızın hər birinə Allahdan rəhmət diləyirəm.
İlk gündən dövlət, xalq olaraq “bir olacağıq” dedik və zəlzələdən zərər çəkmiş bölgələrdən bir an belə əlimizi çəkmədik. Bundan sonra şəhərlərimiz tam ayağa qalxana qədər quruculuq və dirçəliş işlərimizi zəhmət, alın təri, mətanət və polad iradə ilə davam etdirəcəyik.
Sarıdığımız yaraları tam sağalana və bütün vətəndaşlarımız təhlükəsiz və isti yuvalarına qovuşana qədər əzmimizdən geri çəkilməyəcəyik. Torpağa tapşırdığımız canlarımızın əziz xatirələrini aminlərlər, fatihələrlə, yasinlərlə və dualarla qəlbimizdə yaşatmağa davam edəcəyik.
Allah ölkəmizi, xalqımızı belə bəlalardan qorusun”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:101
Bu xəbər 06 Fevral 2025 07:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















