Icma.az
close
up
RU
Ərdoğandan İran xəbərdarlığı: Vaxtı çatıb KONKRET

Ərdoğandan İran xəbərdarlığı: Vaxtı çatıb KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

“ABŞ ilə İran arasındakı gərginliyin regionu yeni toqquşma və xaosa sürükləmədən azaldılması üçün əlimizdən gələni edirik”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“İrana qarşı hərbi müdaxiləyə qarşı olduğumuzu açıq şəkildə bəyan etmişik, bunu tərəfdaşlarımıza da çatdırmışıq. İndiyə qədər tərəflərin diplomatiyaya yer açmaq istədiklərini görürəm. Bu, müsbət inkişafdır. Problemlərin həlli yolu toqquşmalar deyil, uzlaşma zəminində bir araya gəlmək və danışıqlardır. Proses canlıdır və qopmayıb. Dialoq və diplomatiya üçün zəmin hələ də açıqdır. Aşağı səviyyəli görüşlərdə irəliləyiş əldə edildikdən sonra liderlər səviyyəsində danışıqların da faydalı olacağını düşünürəm. Hərbi gərginliyin bu qədər artdığı br vaxtda danışıqlar masasının hansısa formada qurulması da vacibdir. Ümid edirik ki, problemlər dialoq yolu ilə həll olunacaq və regionumuzda yeni münaqişə baş qaldırmayacaq. İstər liderlər diplomatiyası, istərsə də digər səviyyələrdə aparılan görüşlər vasitəsilə danışıqlar zəminini gücləndirmək üçün çalışacağıq. Bu zəmin nə qədər genişlənəcək, başqa ölkələr də prosesə qoşulacaqmı – görəcəyik”, – o vurğulayıb.

R.T.Ərdoğan bir daha qeyd edib ki, Türkiyə regionda yeni müharibə istəmir:

“Hamı bilir ki, regionumuzda sülh, əmin-amanlıq və sabitlikdən hamımız qazanacağıq. Amma münaqişə, qan və gözyaşının hökm sürdüyü bir coğrafiyada hamı mütləq uduzur. Buna görə də hamımızın sülhün tərəfində yer alması ən məntiqli seçimdir. Düşünürəm ki, region ölkələri son illərdə yaşanan münaqişəli proseslərdən bunu açıq şəkildə görüb və bizim mövqeyimizi dəstəkləyirlər. Artıq ətrafımızı bürüyən od halqasından çıxmağın, yanan alovları söndürməyin vaxtı çoxdan çatıb. Burada ortaq məxrəc sağlam düşüncədir. Bu məsələyə yalnız hərbi prizmadan baxmaq regionu fəlakətə aparar.

Alovu daha da körükləməyin heç kimə faydası yoxdur. Regionumuz qan, gözyaşı və müharibələrə doyub. Artıq sülh və əmin-amanlıqdan danışmaq, əməkdaşlıqları gücləndirmək istəyirik. Problem həmişə olur, fikir ayrılıqları beynəlxalq münasibətlərin bir hissəsidir. Amma diplomatiya da məhz bunun üçündür. Sülhpərvər diplomatiyanı gücləndirməliyik. Bu, həm ölkəmizin, həm də regionumuzun maraqları baxımından həyati əhəmiyyət daşıyır”.

(teleqraf)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Fevral 2026 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see599

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see312

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see301

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see294

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see291

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see289

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see279

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see261

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see256

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see248

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see245

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see236

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see231

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see231

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see230

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see226

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see225

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see225

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see223

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri