Icma.az
close
up
RU
Ərdoğandan İsrailin Osmanlı iddiasına cavab: Siyahıda Azərbaycanın da adı çəkildi

Ərdoğandan İsrailin Osmanlı iddiasına cavab: Siyahıda Azərbaycanın da adı çəkildi

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son çıxışı Ankaranın regional siyasətinin yeni konturlarını ortaya qoyub. Dövlət başçısı bildirib ki, Türkiyə heç bir ölkənin torpağında iddia sahibi olmasa da, özünün tarixi-coğrafi məkanında baş verən proseslərə biganə qala bilməz.

Ərdoğanın sözlərinə görə, Türkiyə Səlcuq və Osmanlı kimi böyük dövlətlərin mirasına sahib bir millətin varisidir və bu miras ölkənin həm sərhədlərini qorumaq, həm də bölgədə sülh və ədalətin təmininə töhfə vermək məsuliyyətini artırır. O, Ankaranın Fələstin, Sudan, Suriya, Azərbaycan, Şimali Kipr və regionun digər həssas nöqtələrində məzlumların yanında olmağının tarixi borc olduğunu vurğulayıb. Prezident həmçinin qeyd edib ki, Suriyanın bərpası və təhlükəsizliyinin təmin edilməsi Türkiyə üçün birbaşa milli təhlükəsizlik məsələsidir və bölgədə sabitlik Ankaranın maraqları ilə sıx bağlıdır.

Ərdoğanın qeyd etdiyi, “Türkiyə Səlcuq və Osmanlı kimi böyük dövlətlərin mirasına sahib bir millətin varisidir”, – ifadəsi xüsusi ilə diqqət çəkir. Burada İsrailin Kəşfiyyat Naziri İtamar Ben Gvir bir müddət öncə səsləndirdiyi fikirləri xatırlamaq yerinə düşər. Gvir bildirmişdi: “Türkiyə yeni bir Osmanlı yaratmaq istəyir. Bugünkü Türkiyə yəhudi dövləti üçün bir nömrəli təhdiddir. Ankara Kiprdə böyük hərbi genişlənmə aparır, biz bu hərbi imkanları məhv etməliyik. Türkiyə İsrail dövləti üçün yeni bir İrana çevrilir”.

İddia edildiyi kimi, Türkiyənin klassik mənada “yeni Osmanlı” yaratmaq istədiyini düşünmürəm. Hər şeydən öncə belə bir layihənin tarixi, siyasi və demoqrafik baxımdan həyata keçməsi mümkün deyil. Bununla belə, Türkiyə Osmanlı imperiyasının varisi olaraq regional siyasətində bu mirasa istinad edən bir xətt həyata keçirir. Doğrudur, vaxtilə Türkiyənin keçmiş xarici işlər naziri Əhməd Davudoğlu bölgəni əhatə edən “Britaniya Millətlər Cəmiyyəti” tipli bir platforma qurmaq ideyası da gündəmə gətirmişdi, lakin həmin konsepsiya baş tutmadı və geosiyasi reallıqlar belə bir modelin davamının mümkün olmadığını göstərdi.

Fikrimcə, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyində Ankara fərqli xətt müəyyənləşdirib. Bu xətt nə tam yeni osmanlıçılıq, nə də keçmişə kor-koranə dönüş cəhdidir. Daha çox “Misaki Milli”nin, yəni Türkiyə Cümhuriyyətinin ideoloji sərhəd yaddaşının Osmanlı mirası ilə sintezi üzərində qurulan siyasi yanaşmadır. Başqa cür desəm, Türkiyənin regional ambisiyalarını legitimləşdirən, həm tarixi nüfuz sahəsini, həm də müasir dövlətçilik iddiasını birləşdirən bir çərçivədir. Prinsipcə, Ədoğanın “Suriyanın yenidən qurulması və bərpasında iştirak edəcəyik. Suriyanın təhlükəsizliyi bizim təhlükəsizliyimizdir. Suriya, Fələstin, Azərbaycan, Sudan, Şimali Kipr Türk Cümhuriyyəti, İraq, İran və Ukraynanın təhlükəsizliyi bizim təhlükəsizliyimizlə birbaşa bağlıdır”, – sözləri buna dəlalət edir.

Türkiyə hədəflərinə nail ola bilər lakin mövcud daxili dinamika məqsədlərin gerçəkləşməsi önündə ciddi maneədir. Daha dəqiq desəm, Türkiyədə Ədalət və İnkişaf Partiyası (AKP) iqtidarının siyasi islam anlayışı, dinin siyasətdə rolunun artması, din xadimlərinin və şeyx statuslu şəxslərin cəmiyyətdə nüfuz qazanması müəyyən risklər doğurur. Hazırda Türkiyədə açıq şəkildə şəriət tələb edən bir qrupun mövcudluğu da faktdır və bu, konstitusiya prinsiplərinin əleyhinə olsa da, onlara qarşı sərt reaksiyanın göstərilməməsi gələcəkdə ideoloji qütbləşməni dərinləşdirir. Bundan başqa, Türkiyədə davam edən PKK-nın tərki silah edilməsi və təşkilatın həbsdə olan qurucu lideri Abdullah Öcalanla bağlı mövcud proses də özlüyündə Türkiyə üçün fərqli risklər ehtiva edir. Ankaranın rəqibləri isə bu və ya digər risk faktorlarından çox ustalıqla faydalanırlar.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 19 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see208

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see202

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see186

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see180

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see159

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see157

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see156

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see136

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see134

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see133

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri