Icma.az
close
up
RU
Ərdoğandan mühüm açıqlamalar: Türkiyə tezliklə Aİ də öz yerini tutmalıdır

Ərdoğandan mühüm açıqlamalar: Türkiyə tezliklə Aİ də öz yerini tutmalıdır

Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 4-cü Antalya Diplomatiya Forumunda çıxış edib.

Oxu.Az xəbər verir ki, "Baku TV" dövlət başçısının çıxışı ilə bağlı süjet hazırlayıb. Süjetdə Ərdoğanın nitqində səsləndirdiyi ən mühüm məqamlara yer verilib.

Türkiyə prezidenti çıxışı zamanı beynəlxalq cəmiyyətin qarşı-qarşıya qaldığı əsas problemlərə toxunub:

"Terror, aclıq, yoxsulluq, irqçilik, İslam düşmənçiliyi, iqlim böhranı kimi problemlərlə mübarizədə beynəlxalq cəmiyyətin çarəsiz qaldığını görürük. "Dünya 5-dən böyükdür", çünki insanlıq 5-dən böyükdür. Türkiyə bu mesajı dünyaya ən rahat şəkildə çatdıra biləcək ölkələrdən biridir. Biz rahat bir coğrafiyada yerləşmirik, əksinə, böhranların yaşandığı bir bölgədəyik. Bu, tarix boyu belə olub. Bu gün də bir çox problem və müharibələr məhz bizim yaxın ətrafımızda baş verir. Biz bu coğrafiyanın yalnız sakinləri deyil, eyni zamanda sahibləriyik. Min ildir ki, buradayıq və daha əsrlər boyu burada olacağıq.

Artıq toqquşmaların deyil, sülhün, qan və göz yaşının deyil, rifahın hökm sürdüyü bir coğrafiyada yaşamaq, övladlarımıza belə bir dünya miras qoymaq istəyirik".

Ərdoğan qonşu ölkələrlə münasibətlərə də toxunaraq bildirib:

"Qonşularımızla yaxşı münasibətlər quraraq, qarşıdurma yaşayan tərəflər arasında dialoqu təşviq edərək ölkəmizin ətrafında sülh mühiti yaratmaq istəyirik. Bizim heç kimin torpağında və ya resurslarında gözümüz yoxdur. Biz insanlara və bütün canlılara dəyər veririk. Bütün region xalqları üçün sülh, rifah və təhlükəsizlik arzulayırıq. Tramp və Putinlə daim dialoq və anlaşma içindəyik. Lazım olan bütün addımları atmaqda qətiyyətliyik. Biz Avropa ölkəsi olduğumuz qədər, Asiya və Afrika ölkəsiyik".

Dövlət başçısı, həmçinin Türkiyənin Avropa İttifaqına (Aİ) üzvlüyünə xüsusi diqqət çəkərək vurğulayıb:

"Türkiyə tamhüquqlu üzv statusu qazanaraq, ən qısa zamanda Avropa İttifaqında öz yerini tutmalıdır. Aİ-dən bu istiqamətdə konkret addımlar gözləyirik" , - deyə Ərdoğan qeyd edib.

Daha ətraflı "Baku TV"nin süjetində:

Ərdoğandan mühüm açıqlamalar: "Türkiyə tezliklə Aİ-də öz yerini tutmalıdır"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://oxu.az
archiveBu xəbər 11 Aprel 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri