Icma.az
close
up
RU
Ərdoğandan Özələ sərt reaksiya: Türkiyə küçə terroruna təslim olmayacaq!

Ərdoğandan Özələ sərt reaksiya: Türkiyə küçə terroruna təslim olmayacaq!

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Haliç Konqres Mərkəzində keçirilən “21 Mart Novruz Bayramını Anma Proqramı”nda çıxış edib.

Globalinfo.az Ərdoğanın açıqlamalarından diqqətçəkən məqamları təqdim edir:

NOVRUZ BAYRAMI İLƏ BAĞLI TƏKLİF

Burada ictimai rəy sorğusu keçirsək, 21 martı bahar və qardaşlıq bayramı elan etməyə hazırsınızmı? Mən prezident kimi bu təklifi parlamentə təqdim etməyə hazıram. Sultan Novruzu salamlayır və onun yeni başlanğıclar, ümid, sülh və qardaşlıq gətirməsini ürəkdən arzu edirik. Novruz müəyyən bir etnik qrupun bayramı deyil – ələvisi, sünnisi, türkü və kürdü ilə bütün millətimizin, bütün coğrafiyamızın bayramıdır

İSRAİLİN QƏZZAYA HÜCUMLARI

İsrailin Qəzzaya yeni hücumlarında şəhid olan günahsız mülki vətəndaşlar hamımızın qəlbimizi parçalayır. Hər zaman olduğu kimi bütün imkanlarımızla fələstinli qardaşlarımızın yanındayıq. Heç vaxt imkan verməyəcəyik ki, gündən-günə daha da laqeydləşən bu qatil dəstəsi bölgəmizi qan gölünə çevirsin. Ramazan bayramından əvvəl qardaş və bacılarımıza dəstək olmaq üçün humanitar yardımlarımızı artırdıq. Atəşkəsi bərpa etmək, zülmə son qoymaq, soyqırım şəbəkəsini dayandırmaq üçün diplomatik təmaslarımızı sürətləndirmişik. Özlərinə yeni xəritələr çəkənlər, Allahın izni ilə çirkli və məkrli məqsədlərinə çata bilməyəcəklər.

“VƏTƏNDAŞ SİYASƏTİ DAHA GÜCLƏNƏCƏK”

Millət olaraq yeni başlanğıclara yelkən açırıq, terrordan azad bir Türkiyə məqsədi ilə həyata keçirdiyimiz işlərdə bəzi kritik hədləri asanlıqla keçdik. İnanırıq ki, heç bir bəhanəyə əl atmadan son gərginlik aradan qaldırılacaq. Ölkəmizi terror bəlasından xilas etdikdən sonra çox fərqli bir dövrün qapısını açacağıq. Bölgəmizdə qanla çəkilmiş xəritələrə bir əsrdən sonra “dur” deyəcəyik. Biz vətəndaş siyasətinin təsir dairəsini daha da gücləndirəcəyik. Qardaş kimi sülh və əmin-amanlıq içində yaşamağa davam edəcəyik. Biz nifrət və qarşıdurma deyil, birlik və həmrəylik dilini tərənnüm etmək istəyirik.

İBB ARAŞDIRMASI

İstanbulda korrupsiya əməliyyatını bəhanə edib küçələrimizdə xaos yaratmağa çalışdıqlarının şahidi oluruq. Bilsinlər ki, sırf öz sərvətləri, qazanc planları pozulmasın deyə millətimizin əmin-amanlığını təhdid edənlərə, Türkiyəni terrora sürükləməyə çalışanlara göz yummayacağıq.

“CHP SƏDRİNİN ÇAĞIRDIĞI KÜÇƏ DALANDIR”

Biz bu millətin qardaşlığının korlanmasına imkan verməmişik və verməyəcəyik. Unutmayın, CHP sədrinin çağırdığı küçə çıxılmaz dalandır. Oğurluğu, soyğunçuluğu, qanunsuzluğu müdafiə etmək üçün məhkəmə zallarını deyil, küçələri göstərmək böyük məsuliyyətsizlikdir.

“TÜRKİYƏ KÜÇƏ TERRORUNA TƏSLİM EDİLMƏYƏCƏK”

Marjinalların arxasınca getmək, polislərimizə hücum etmək, hakimlərimizi və prokurorlarımızı hədələmək, qanunsuz yollara əl atmaq sizi bu ölkədə daha heç bir yerə götürməz. Türkiyə küçədə qurulmuş ölkə deyil və küçə terroruna təslim olmayacaq.

Gülnar Səlimova
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Mart 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see401

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see379

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see358

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see344

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see340

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see318

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see301

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see232

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see225

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see221

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see220

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see215

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see210

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see204

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see204

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see201

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see201

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see201

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri