Ərdoğandan PKK açıqlaması: Diqqətlə izləyirik!
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Terrorsuz Türkiyə” üçün addımlar bir-birinin ardınca nəzarətli şəkildə atılır.
Turkustan.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.
“Bizim mövqeyimiz aydındır, biz bunu əvvəldən ifadə etmişik. Silahsızlanma qeyd-şərtsiz olmalı, PKK struktur olaraq dağılmalıdır dedik və istədiyimizə çatdıq. Terror təşkilatı tərksilah qərarını həyata keçirməyə başlayanda proses bir az da sürət qazanacaq. Silahların, qanların və göz yaşlarının türk millətinin gündəmindən tamamilə çıxarılması ilə bizim üçün yeni bir qapı açılacaq. Aidiyyatı qurumlarımız hər addımı diqqətlə izləyir və lazımi addımları da atır”, - Ərdoğan əlavə edib. /axar.az/
Baxış sayı:34
Bu xəbər 05 İyul 2025 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















