Icma.az
close
up
RU
Ərdoğandan Qəzza AÇIQLQMASI: “ABŞ la birlikdə…”

Ərdoğandan Qəzza AÇIQLQMASI: “ABŞ la birlikdə…”

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza məsələsində Ankaranın ABŞ-la koordinasiyalı şəkildə fəaliyyət göstərəcəyini bəyan edib.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi Ərdoğanla ABŞ Prezidenti Donald Tramp arasında yanvarın 21-də baş tutan telefon danışığından sonra məlumat yayıb.

Telefon danışığı yanvarın 20-də ABŞ-ın Ankaradakı səfiri və Trampın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrakın Türkiyənin xarici işlər naziri Hakan Fidanla Ankarada keçirdiyi görüşdən sonra baş tutub.

Barrak görüşdən sonra Suriyada İŞİD-lə mübarizə çərçivəsində Suriya Demokratik Qüvvələri (SDQ) ilə əməkdaşlığın dayandırıldığını açıqlayıb.

Barrakın bu açıqlamalarından sonra Türkiyə–ABŞ münasibətlərində gərginliyin əhəmiyyətli dərəcədə azaldığı bildirilib. Ardınca Hakan Fidan ABŞ dövlət katibi ilə Suriya və Qəzza ətrafındakı vəziyyəti müzakirə edib. Paralel olaraq Türkiyənin müdafiə naziri Yaşar Gülər ABŞ-ın müdafiə naziri Pit Heqsetlə telefon danışığı aparıb.

Ankara ilə Vaşinqton arasında diplomatik təmaslardan sonra ABŞ Prezidenti Donald Tramp Suriyadakı prosesləri diqqətlə izlədiyini bildirib və Ərdoğanla “çox bəyəndiyi” mühüm telefon danışığının olacağını açıqlayıb.

Türkiyə Prezident Administrasiyasının açıqlamasında qeyd olunub ki, Tramp və Ərdoğan İŞİD-lə mübarizə və bu terror təşkilatının üzvlərinin saxlanıldığı Suriya həbsxanalarındakı vəziyyəti də müzakirə ediblər.

Öz növbəsində ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı ilə telefon danışığını müsbət qiymətləndirib.

“Bu, çox yaxşı telefon danışığı idi”, – deyə Tramp jurnalistlərə açıqlamasında bildirib. O, Ərdoğanla söhbətin digər detalları barədə əlavə məlumat verməyib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 Yanvar 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri