Icma.az
close
up
RU
Ərdoğandan sensasion Zəngəzur anonsu

Ərdoğandan sensasion Zəngəzur anonsu

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Türkiyə liderinin bəyanatı İstanbul görüşünün şifrələrini açır; İrəvan dəhlizin açılmasına razılaşıbsa, hansı rejimdə işləyəcək?

“Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar yaradacaq”. “Yeni Müsavat” xatırladır ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Türkiyə lideri Zəngəzur dəhlizini təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi gördüyünü bildirib: “Zəngəzur dəhlizinin açılışı həm də Orta dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir”.

Ərdoğan əlavə edib ki, Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı olsa da, iqtisadi inteqrasiyada iştirak etmək naminə hazırda daha çevik yanaşma nümayiş etdirir: “Bu regionun inkişafı təkcə Azərbaycan üçün deyil, Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün də bir fürsətdir”.

“Yeni Müsavat” yada salır ki, bir qədər öncə ABŞ-dakı tanınmış “beyin mərkəzəri”ndən olan Kornegi Fondu Amerikanın Zəngəzur dəhlizinin ABŞ şirkətinin nəzarətinə verilməklə açılması təklifi irəli sürdüyünü iddia etmişdi.

Ərdoğan nəyə işarə vurur? İrəvan Zəngəzur dəhlizinə artıq razılaşıb? Razılaşıbsa, dəhliz hansı rejimdə işləyəcək? Qardaş Türkiyə hansı variantı məqbul sayacaq? Bəs Rusiyanın reaksiyası?

Bu arada Türkiyənin beynəlxalq münasibətlər üzrə tanınmış analitiki, dosent Mustafa Özalp deyib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi addımların atılması Putini ciddi şəkildə narahat edir. “Putin istəyir ki, qazanan tək Rusiya olsun. Buna görə də Rusiya prezidenti regionu xaosa sürükləyir”, - əlavə edib.

Belədirmi?

Qabil Hüseynli

Professor Qabil Hüseynli “Yeni Müsavat”a açıqlamasında dəhlizin açılması prosesi istiqamətində bir dinamika olduğunu bildirib. Bu hərəkətliliyin Paşinyanın Türkiyə səfərindən sonra daha da sürətləndiyini deyən Q.Hüseynli dinamikanın hələlik bəyanatlarda olduğunu müşahidə edir. Onun fikrincə, Ermənistanın əməli addımı hələ də yoxdur və regionda yaranmış qarışıq vəziyyət onu konkret qərarlar verməkdən çəkindirir. Rusiyanın və İranın təzyiqlərini vurğulayan politoloq hesab edir ki, Zəngəzur dəhlizinin hansı şəraitdə və şərtlərdə açılması əsas mübahisə predmetidir. “Ermənistanda gərginlik davam edir və gələn il seçkilər keçiriləcək. Bu zaman kəsiyində dəhlizin açılmasını gözləmirəm. Əvvəla, Ermənistan özünə aid hissədə tikinti aparmayıb. İkincisi, Moskvanın yola nəzarəti, Tehranın isə ümumiyyətlə, bu koridora qarşı çıxması İrəvanı çətin vəziyyətə salıb. Ona görə Paşinyan məsələni sanki Türkiyə və ABŞ-ın öhdəsinə buraxır. Yəni demək istəyir ki, Rusiya və İranla bacarmır, qoy onun yerinə böyük güclər mübahisəni həll etsinlər”, - Q.Hüseynli belə qiymətləndirir.

Onun fikrincə, bu məsələdə Türkiyə Rusiyanı narazı salacaq model təklif etmək istəmir: “Hazırda iki ölkə münasibətləri yaxşıdır. Cənab Ərdoğan da qeyd edib ki, bu dəhlizdən Rusiya və digər ölkələr də fayda görəcək. O deməkdir ki, Türkiyə Rusiyanı da bu dəhlizdə görür. Sadəcə, dəhlizə nəzarət problemi həllini tapmalıdır. Bu məsələdə ortaq variant hələ ki yoxdur”.

Onun qənaətinə görə, Paşinyan əlini tam gücləndirdikdən sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin iştirakı olmadan bu layihənin reallaşmasına razılaşacaq: “Zənnimcə, proses bu yöndə gedir. ABŞ və Türkiyə kömək etməlidir. Rusiya isə bölgədə mövqelərini o dərəcədə itirməlidir ki, Zəngəzur dəhlizi ilə bağlı diktə edə bilməsin. Hazırda bu hədəfə çatmaq üçün iş aparılır. Azərbaycana gəldikdə, yola kimin nəzarət etməsindən asılı olmayaraq, Naxçıvana maneəsiz gediş-gəlişi təmin olunmalıdır. Ümumiyyətlə, bu işi rəqabətdə olan qüvvələr çox uzadırlar. Onların logistikalar uğrunda qarşıdurması prosesi tormozlayır, yoxsa çoxdan açılmışdı. Halbuki bütün tərəflər iqtisadi dividentlər əldə etmiş olacaqlar”.

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Tramp administrasiyasının Zəngəzur dəhlizinə nəzarət və yük tranzitinin monitorinqi funksiyasının amerikalı şirkətə verilməsini nəzərdə tutan planı barədə xəbər saytlarda geniş yayılıb: “Ağ Evdən və Dövlət Departametindən yayılan xəbərlə bağlı şərh verilməyib. Ancaq böyük ehtimalla Vaşinqton adı çəkilməyən mənbənin yaydığı xəbər vasitəsilə Azərbaycanın, Ermənistanın, Türkiyənin və Rusiyanın nəbzini yoxlayır. Azərbaycan və Ermənistan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir. Eyni zamanda ABŞ-ın da Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur. Söhbət qısa məsafədən gedir və Zəngəzur dəhlizini Azərbaycan və Ermənistan daxili resursları hesabına inşa edə bilərlər. Digər tərəfdən, dəhlizlə əsas daşınacaq yüklərin sahibi Çin də ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsini istəməz. ABŞ-ın dəhlizə nəzarət etməsi halında Çin öz mallarının daşınmasında bu marşruta üstünlük verməyəcək. Türkiyə də Çinlə eyni mövqedə olar. Bir sözlə, Rusiyanın, ABŞ-ın və ya Avropa İttifaqının Zəngəzur dəhlizinə nəzarət etməsi bölgə ölkələrinin maraqlarına cavab vermir”.

Siyasi icmalçı Aqşin Kərimov isə hesab edir ki, Ermənistan ya özünü Türk Dövlətləri Təşkilatının strateji vizyonuna daxil edilmiş Zəngəzur dəhlizinin açılmasına razı salmalıdır, ya da geniş əməkdaşlıq bucağından kənarda qalmalıdır. “Ona görə də yaranan imkanlar Ermənistanın izolyasiyadan çıxması üçün mühüm çağırış kimi şərh oluna bilər”, - sitatın sonu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 İyul 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see346

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see335

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see329

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see324

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see322

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see262

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see259

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see247

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see245

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see239

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see238

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see233

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see232

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see229

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see227

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see227

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see214

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see197

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see189

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri