Icma.az
close
up
RU
Ərdoğandan sülh çağırışı...

Ərdoğandan sülh çağırışı...

Sia Az saytına istinadən Icma.az xəbər verir.

Türkiyə İran və İsrail arasında atəşkəs razılaşmasına əməl olunmasına çağırır

Türkiyə İran və İsrail arasında əldə olunmuş atəşkəs razılaşmasına ciddi şəkildə əməl olunmasına çağırır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitində iştirak etmək üçün Haaqaya yola düşməzdən əvvəl keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, münaqişələrin həlli üçün yeganə düzgün və rasional yol diplomatiyadır.

“İyunun 13-dən etibarən bölgədə gərginliyin artması müşahidə olunur. Türkiyə bu hadisələrin ilk saatlarından etibarən dialoqa çağırış edib. Bu gün atəşkəs razılaşmasını alqışlayırıq”, – deyə Ərdoğan qeyd edib və Ankaranın prosesləri diqqətlə izlədiyini vurğulayıb.

Dövlət başçısı, həmçinin ölkənin müdafiə potensialının daha da gücləndirilməsinin əhəmiyyətini xüsusi qeyd edib.

“Biz yerli hərbi-sənaye kompleksimizə xüsusi önəm veririk”, – deyə Prezident vurğulayıb və Türkiyənin NATO-da say baxımından ikinci böyük orduya malik olduğunu xatırladıb.

Ukraynada gedən müharibəyə münasibət bildirən Ərdoğan Ankaranın sülh perspektivinə səmimi şəkildə inandığını söyləyib.

“Bu istiqamətdə Türkiyənin atdığı addımlar hamıya məlumdur. Sülhə doğru atılan ən mühüm addımlardan biri İstanbulda keçirilmiş Kiyev–Moskva danışıqlarıdır”, – deyə o qeyd edib və Ankaranın Avropanın təhlükəsizlik arxitekturasına verdiyi töhfənin əhəmiyyətini vurğulayıb.

NATO sammitinin gündəliyinə toxunan Türkiyə Prezidenti bildirib ki, ölkəsi 2026-cı ildə Şimali Atlantika Alyansının növbəti sammitini keçirməyə hazırdır.

Qeyd edək ki, iyunun 24-ü axşam Haaqada keçirilən NATO sammiti çərçivəsində Türkiyə və ABŞ liderləri arasında görüş planlaşdırılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:193
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyun 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see391

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see388

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see356

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see344

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see315

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see287

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see269

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see262

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see245

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see240

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see234

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see228

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see218

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see216

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see209

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see203

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see196

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see194

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see175

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri